Xəbərlər - Publika.az
Bizi izləyin

Dünya

Bu ölkənin əhalisi 390 min nəfər azaldı

Xorvatiyanın əhalisi 2011-2021-ci illər ərzində 390 min nəfər azalıb.

Publika.az ölkənin Statistika İdarəsinə istinadla xəbər verir ki, bu məlumat ötən il keçirilən əhalinin siyahıyaalınmasının ilk nəticələrinin təqdimatı zamanı açıqlanıb. 2011-ci il siyahıyaalma hesabatına görə, ölkədə 4 milyon 284 min 889 nəfər əhali var idi. İndi isə ölkənin əhalisi 3 milyon 888 min 529 nəfərdir. Statistika İdarəsinin direktoru Lidiya Brkoviç qeyd edib ki, siyahıyaalma mühacirləri əhatə etmir və 2021-ci il avqustun 31-nə qədərki demoqrafik şəraiti əks etdirir. “İlk nəticələrə görə, əhalinin ümumi sayı 3 milyon 888 min 529 nəfərdir. Bunu 2011-ci illə müqayisə etsək, əhalinin sayı 9,5 faiz və ya 390 min nəfərdən çox azalıb”, - deyə Brkoviç vurğulayıb.x

Onun sözlərinə görə, əhalinin minimum azalması Zaqreb bölgəsində, ən çox azalma isə Vukovar-Sriem bölgəsində qeydə alınıb.

Rəylər

Dünya

Etirazçıların önünə çıxmayan mer işdən qovuldu

Qazaxıstanın Atırau şəhər administrasiyasının rəhbəri Kayrat Urazbayev vəzifəsindən azad edilib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Atırauda yanvarın 4-də baş verən mitinq zamanı Urazbayev etirazçıların qarşısına çıxmayıb. 

Bildirilib ki, Kayrat Urazbayev dekabrın 31-dən bayram tətilinə, daha sonra isə xəstəliklə bağlı bülletenə çıxıbmış.

Oxumağa davam et

Dünya

Aktau aeroportu nəzarətə götürüldü

Aktau hava limanı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Bildirilib ki, ölkə rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə bu qərarı alıb.

Xüsusi təyinatlı mobil əməliyyatlar şöbəsinin əməkdaşları pasport nəzarətinə, nəzarət-buraxılış məntəqələrinə, eləcə də “Kazaeronaviqasiya” qülləsində nəzarəti gücləndiriblər.

Qeyd edək ki, yanvarın 4-dən 7-dək Aktau hava limanında fövqəladə vəziyyətlə əlaqədar uçuşlar dayandırılmışdı.

Oxumağa davam et

Dünya

Türkiyə hərbi bazası raket atəşinə tutuldu

İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası son 2 gündə ikinci raket hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə “Şəfəq” xəbər agentliyi İraqdakı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

“Mosulun şimal-şərqindəki Türkiyə bazası ərazisinə 3 raket düşüb. Türkiyə artilleriyası cavab atəşi ilə cavab verib” - xəbərdə bildirilib.

Mənbənin məlumatına görə, bombardman nəticəsində bazada olan türk hərbçiləri xəsarət almayıb.

Qeyd edək ki, dünən səhər saatlarında Türkiyənin Zlikan bazasının ətrafı da raket atəşinə tutulub.

Oxumağa davam et
Reklam

Gündəm