Moskvanın ŞOK PLANI və Dudayevin AÇIQLAMASI: "Çeçenistan, Krım, Qarabağ və Qazaxıstan..." - Publika.az
Bizi izləyin

Dünya

Moskvanın ŞOK PLANI və Dudayevin AÇIQLAMASI: "Çeçenistan, Krım, Qarabağ və Qazaxıstan..." - VİDEO

Qazaxıstanda baş verən son hadisələr - "sülhməramlı" missiya adı altında Rusiyanı hərbi qüvvələrinin bu ölkəyə soxulması bütövlükdə post-sovet məkanında böyük silkələnmə yaratdı. Artıq, xeyrli müddətdir hərbi arsenalını Ukrayna sərhədinə toplayıbn işğalla təhdid edən Rusiya bu gün bütün keçmiş sovet respublikalarında "işğal qorxusu" yaradıb.

Publika.az xəbər verir ki, Çeçenistanın birinci Prezidenti, Rusiya tərəfindən aviaterror nəticəsində şəhid olmuş Cövhər Dudayev hələ 90-ların əvvəlində bir videomüsahibəsində Rusiyanın işğal planları haqqında xəbərdarlıq edibmiş. Dudayevin 25 il öncəki gözləntilərinin bir çoxu reallığa çevrilib. Dudayev deyir: “Çeçenistan sadəcə bir amildir. Daha sonra sırada Qafqaz var. Sonra Baltik bölgəsi, sonra Orta Asiya. Burada nə planlaşdırırlar? Acariya, Abxaziya, Dağlıq Qarabağ, Cənubi Osetiya bölgələrində... Rusiya ordusu yerləşdirilir və daha sonra isə Rusiyaya birləşdirilməsi planlaşdırılır. Əslində isə məqsəd qafqazlıların Qafqazsızlaşdırılmasıdır. Daha sonra isə sırada Kırım var idi. Çeçenistan müharibəsindən sonda bütün bu ordu Kırıma yerləşdiriləcəkdi. Orta Asiyada Qazaxıstan və Qırğızıstan yeni Rusiyanın koloniyası olacaqdı. 1995-ci il üçün Rusiyanın planlarını bax belə özətləyə bilərik”.

Turkustan.az sözügedən tarixi videeonu təqdim edir:

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Hindistanda daşqınlar nəticəsində 14 nəfər öldü

Hindistanın şimal-şərqindəki Assam əyalətində bir həftəyə yaxındır yağan daşqınlarda ölənlərin sayı 14-ə çatıb

Publika.az bu barədə NDTV kanalı məlumat yayıb.

Daha 7 nəfərin itkin düşdüyü bildirilir.

Ümumilikdə əyalətin 700 min sakini təbii fəlakətdən zərər çəkib, 2,2 mindən çox kənd su altında qalıb.

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir. Bir çox yaşayış məntəqələrinə torpaq yolu ilə daxil olmaq mümkün deyil. İnsanlar müvəqqəti düşərgələrə köçürülür.

Oxumağa davam et

Dünya

Ermənistanda 40 min nəfərlik etiraz aksiyası keçirildi

Ermənistan müxalifəti şənbə günü axşam İrəvanda 40 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirir.

Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

"Ən təvazökar hesablamalara görə, hazırda İrəvanda Milli Müqavimət Hərəkatının mitinqində 40 mindən çox insan iştirak edir. Etirazçıların sayı yeni iştirakçılarla artır", - deyə A.Aşotyan bildirib.

O qeyd edib ki, aksiyanın iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın dərhal istefasını tələb edirlər.

Oxumağa davam et

Dünya

Dəhşətli təyyarə qəzası BAŞ VERDİ - Çox sayda ölən var

Fransanın cənub-şərqində turist təyyarəsi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə BFM telekanalı polisdəki mənbəyə istinadən məlumat verib.

Hadisə İsere departamentində baş verib. Qəza nəticəsində azı 5 nəfər ölüb.

Oxumağa davam et
Reklam

Gündəm