Dünya
İran bu təşkilata qayıtdı

İran 6 ildən sonra İslam Əməkdaşlıq Təşkilatına qayıdıb.
Publika.az xəbər verir ki, 3 iranlı diplomat İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən ofisində fəaliyyətini bərpa edib.
Səudiyyə Ərəbistanı iranlı diplomatlara viza verib və onlar Ciddə şəhərinə yola düşüblər.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2015-ci ilin martında pisləşib. Bu zaman Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmən ərazisində "Ənsar Allah" hərəkatına (husilər) qarşı hərbi əməliyyatlara başlayıb. İran isə Səudiyyə Ərəbistanının bu addımını regionda sabitliyin pozulması kimi qələmə verib. Ər-Riyad öz növbəsində Tehranı husiləri dəstəkləməkdə ittiham edir.
Tural Turan
Dünya
Zelenski Polşa vətəndaşlarına Ukraynada xüsusi status verəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Polşa vətəndaşlarının xüsusi statusu haqqında qanun layihəsini parlamentə təqdim edəcək.
Publika.az xəbər verir ki, bu barədə ukraynalı deputat Olqa Sovgirya Teleqram kanalında yazıb.
“Ukrayna Prezidenti yaxın vaxtlarda parlamentə Ukraynada Polşa vətəndaşlarının xüsusi hüquqi statusu haqqında qanun layihəsini təqdim edəcək” - məlumatda deyilir.
Yeni qanun layihəsi və polyakların imtiyazları ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.
Mayın 6-da Polşa Prezidenti Anjey Duda Polşa ilə Ukrayna arasında artıq sərhədlərin olmayacağına, iki ölkə xalqlarının “bu torpaqda birgə yaşaya biləcəklərinə” ümid etdiyini bildirib.
Bundan əvvəl Zelenski və Ali Radanın deputatları parlamentdə çıxış etməyə gələn Dudanı gurultulu alqışlarla qarşılayıblar. O, Rusiyanın Ukraynaya hücuma başlamasından sonra Ali Radada çıxış edən ilk xarici dövlət başçısıdır.
Dünya
Zelenskidən yalnız bu kəlməni eşitməyi xəyal edirəm - Ukraynanın birinci xanımı

Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşı, Prezident Vladimir Zelenski ilə birlikdə müsahibə verərək Ukraynada müharibə başlayandan bəri həyat yoldaşını demək olar ki, görmədiyini söyləyib.
Publika.az xəbər verir ki, Zelenskayanın sözlərinə görə, fevralın 24-də o, pəncərədən kənarda gələn qəribə səslərdən oyanıb.
“Gözlərini açanda Zelenskini yaxınlıqda görmədim. Onu qonşu otaqda tapdım və orada ondan dəhşətli sözlər eşitdim. Dedi ki, “Başladı”. Həmin andan bəri ondan hər bir ukraynalı üçün çox vacib olan yalnız bu kəlməni - “Hər şey bitdi” deməsini eşitməyi xəyal edirəm” - Ukraynanın birinci xanımı qeyd edib.
“Mən onun bunu mənə deyəcəyini gözləməklə yaşayıram. Başa düşürəm ki, o, bunu deyəcək ilk şəxs olmayacaq, amma ən azı televiziyada eşitmək istəyirəm”, - Yelena Zelenskaya qeyd edib.
Dünya
Estoniyada sovet əsgərlərinin abidəsi təhqir olundu - FOTO

Estoniyada sovet əsgərlərinin abidəsi təhqir olunub.
Publika.az-ın məlumatına görə, qeyd olunur ki, Vizuda yerləşən memorialın üzərinə qara və qırmızı boya çəkiblər.
Bildirilib ki, bu rənglər “Ukrayna Üsyan Ordusu”nun bayrağının rənginə uyğun gəlir. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra son aylar Baltikyanı ölkələrdə mütəmadi olaraq sovet əsgərlərinin abidələrinin təhqir edilməsi halları baş verir. Üstəlik, mayın 17-də Estoniyada yerli qəbiristanlıqların birində memorial yoxa çıxıb.
Bundan əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko Rusiyanın bu dövlətlərlə sərhədində Baltikyanı ölkələrdən sovet abidələrinin qoyulmasını təklif edib.
- Maraqlı22 May 2022 14:12
Bu ilin yay şortları: ən dəbli 5 model - FOTO
- Sosial22 May 2022 12:43
Bakıda yağış yağacaq, bölgələrdə şimşək çaxacaq - SABAHIN HAVASI
- Dünya22 May 2022 10:35
Rusiya “Terminator”larını döyüşə göndərir - Britaniya kəşfiyyatı
- Siyasət22 May 2022 02:42
Ərdoğan ŞƏRTLƏRİNİ AÇIQLADI: Yalnız bu halda...
- Qoroskop22 May 2022 00:15
Günün ULDUZ FALI: aktual məsələlərin həllini sabaha saxlayın
- Dünya21 May 2022 22:25
Rusiyada gizli səfərbərlik ELAN EDİLDİ - Baş Qərargahdan AÇIQLAMA
- Sosial21 May 2022 19:32
Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu
- Sosial21 May 2022 17:07
Vətəndaşların NƏZƏRİNƏ: sabah pulsuz olacaq