Nazarbayevin komandası “təmizlənir”, özü isə... - Qazaxıstanda nə baş verir? - Publika.az
Bizi izləyin

Dünya

Nazarbayevin komandası “təmizlənir”, özü isə... - Qazaxıstanda nə baş verir?

Qazaxıstanda birinci prezident, elbaşı Nursultan Nazarbayevə yaxın şəxslərin “təmizlənməsi” prosesi müşahidə edilir.

Publika.az xəbər verir ki, Nazarbayevin qardaşı oğlu, Milli Təhlükəsizlik Komitəsi rəhbərinin birinci müavini Samat Abiş vəzifəsindən uzaqlaşdırılıb.

Nazarbayevin kürəkəni, qızı Dinara Nazarbayevanın həyat yoldaşı Tumir Kulibay “Atameken” Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədri vəzifəsindən istefa verib. Bununla yanaşı, Nazarbayevin kiçik qızı Aliya Nazarbayevanın həyat yoldaşı Dimaş Dosonov “KazTransOil” SC-nin sədrliyindən, böyük qızı Danira Nazarbayeva ilə qeyri-rəsmi nikahda yaşadığı iddia olunan Kayrat Şaripbayev “QazaqGaz” SC-nin sədrliyindən uzaqlaşdırılıb.

Nazarbayevin özü ilə bağlı hələ də dəqiq məlumat yoxdur. “Moskovskiy Komsomol” qəzeti Nazarbayevin harada olması ilə bağlı araşdırma aparıb. İddialara görə, elbaşı iğtişaşların başladığı vaxt – yanvarın 2-də doğulduğu Şamalqan kəndinə gedib. Orada bir gün qaldıqdan sonra Qırğızıstan sərhədinə doğru gedib və oradan Birləşmiş Ərəb Əmirliyinə uçduğu haqda məlumatlar var. Kənd sakinləri Nazarbayevin doğulduğu kəndə gəldiyini təsdiqləyir. Kəndin ətrafında silahlı mühafizəçilərin olduğu haqda məlumatlar var.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Qafqazdan gələnlər moskvalını BELƏ SOYDULAR

Moskva polisi bir şəxsi qaçıraraq ondan altı milyon rubl tələb edən cinayətkarları yaxalayıb.

Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəsbkarlıq edənlərdən ikisi Şimali Qafqaz Federal Dairəsindən, üçüncüsü isə başqa ölkədən gəlib.

Agentliyin məlumatına görə, soyğunçular kişiyə 2021-ci ilin payızında hücum ediblər. Onlar qurbanın evinə gəlib və borcunu ödəmək üçün altı milyon rubl tələb ediblər. Qaçıran şəxslər əvvəlcə zərərçəkmişi başqa mənzilə aparıb, orada zorakılıq tətbiq edərək pul tələb ediblər, daha sonra qəsb şəhər ətrafında hərəkət edən avtomobildə davam edib. Nəticədə, moskvalı bir dostundan onlara on min dollar köçürməsini istəyib, sonra işgəncə dayandırılıb.

Ppolis əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəliləri paytaxtın və Moskva vilayətinin müxtəlif ünvanlarında yaxalayıblar. Artıq istintaq zamanı onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan əvvəl Yekaterinburqda borclunu qaçıran və silahla hədələyən üç nəfər həbs edilib. Cinayətkarlar qaçırılan şəxsi öz mənzilində saxlayıb və hədələyiblər. Polis yaşayış sahəsinə basqın edərək girovu azad edib.

Oxumağa davam et

Dünya

Ərdoğan: "Türkiyə cənub sərhədində 30 kilometrlik təhlükəsizlik zonası yaradır"

Türkiyə cənub sərhədi boyunca 30 kilometrlik təhlükəsizlik zonasının yaradılması üzrə işləri tamamlamaq üçün addımlar atacaq.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasından sonra telemüraciətində deyib.

"Türkiyə üçün təhlükə yaradan terror təşkilatlarına hər cür dəstək verməklə onları qoruyanlar təkəbbürlü davranışlarından əl çəkməlidirlər. Cənub sərhədlərimiz boyunca 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq üçün işimizin çatışmayan hissələri üzərində işləyirik", - deyə R.T.Ərdoğan bildirib.

Oxumağa davam et

Dünya

Pentaqon Rusiyaya qarşı SƏDDİ MÖHKƏMLƏDİR: 47 ölkədən 20-si mühüm qərar verdi

"Ukrayna üzrə Təmas Qrupunun müdafiə idarələri rəhbərlərinin bazar ertəsi virtual formatda keçirilən görüşü çox uğurlu olub - Ukrayna Silahlı Qüvvələrinə iyirmi ölkənin hərbi dəstəyi ilə bağlı elan edilmiş yeni təşəbbüsləri nəzərə alınmaqla".

Publika.az "Ukrinform"a istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Lloyd Ostin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli ilə görüşdə deyib.

O vurğulayıb ki, görüş zamanı Ukraynaya dəstək üçün yeni təşəbbüslər elan edilib: “Bu gün 20-yə yaxın ölkə yeni müdafiə yardım paketlərini açıqlayıb”.

Ostin vurğulayıb ki, bir çox ölkələr də Ukrayna Silahlı Qüvvələrini sursat, zireh və digər avadanlıqlarla təmin edir. Onun sözlərinə görə, bir çox ölkələrdə yeni texnologiyaya yiyələnmək üçün Ukrayna hərbçilərinə təlimlər keçirilir.

Mark Milli isə bildirib ki, bu dəfə Təmas Qrupunun iştirakçıların sayı 47 ölkəyə yüksəlib. Bu, çox mühüm siqnaldır.

“Bugünkü görüş Ukraynaya vaxtında və səmərəli dəstək və hərbi yardım göstərmək üçün səylərimizi əlaqələndirmək üçün gözəl fürsət idi”, - Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri bildirib.

O xatırladıb ki, Ukraynanın öz ərazisini qorumaq üçün müdafiə qabiliyyəti göndərdiyimiz yardımın keyfiyyəti və kəmiyyəti ilə birbaşa bağlıdır.

Hərbi liderlər həmçinin bildiriblər ki, Ukrayna üzrə Təmas Qrupunun növbəti iclası şəxsi ünsiyyət formatında iyunun 15-də Brüsseldə baş tutacaq və burada müttəfiq ölkələrin müdafiə nazirləri səviyyəsində NATO nazirlərinin görüşü keçiriləcək.

Oxumağa davam et
Reklam

Gündəm