“Gürcüstan Hava Yolları” satışa çıxarıldı - Publika.az
Bizi izləyin

Dünya

“Gürcüstan Hava Yolları” satışa çıxarıldı

Gürcüstanın ən iri aviaşirkəti – “Gürcüstan Hava Yolları” satışa çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə aviadaşıyıcının keçmiş baş direktoru, “Georgia Business Brokerage” broker şirkətinin rəhbəri Roman Bokeriya bildirib.

O, şirkətin 150 milyon ABŞ dollarına satıldığını deyib.

R.Bokeriya qeyd edib ki, qanunvericiliyə əsasən, xarici fiziki və yaxud hüquqi şəxs şirkətin səhmlərinin yalnız 49 %-nə sahiblənə bilər. O hesab edir ki, investorların şirkətə etibarının artırılması məqsədilə hökumət səhmlərin kiçik hissəsini ala bilər.

Qeyd edək ki, 1993-cü ildə yaradılmış “Gürcüstan Hava Yolları” şirkəti (keçmiş “Airzena”) bu yaxınlarda müflis elan olunub. Özəl aviaşirkətin 16 min fərdi şəxs və 70-dən çox şirkət qarşısında 176 milyon lari (57,1 milyon ABŞ dolları) məbləğində borcu yığılıb. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə “Gürcüstan Hava Yolları” reabilitasiya mərhələsinə keçib.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Ərdoğan ELAN ETDİ: "Türkiyə hazırlıqlara başlayır"

"Türkiyə vətəndaşını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərmək üçün hazırlıqlara başlayır".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

“Türkiyə milli kosmik proqram çərçivəsində vətəndaşımızın Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi prosesinə rəsmən başlayır", - o qeyd edib.

Oxumağa davam et

Dünya

Britaniyada vəziyyət gərginləşir: yoluxma sayı 3 dəfə artdı, həkimlərə peyvənd təklif olundu

Böyük Britaniyada təsdiqlənmiş "meymun çiçəyi" xəstəliyinə yoluxma hallarının sayı 56-ya çatıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Ölkə hakimiyyətinin 20 yoluxma hadisəsi barədə məlumat verdiyi cümə günündən bəri bu rəqəm demək olar ki, üç dəfə artıb. Bazar ertəsi UKHSA, xəstəliyin daşıyıcıları ilə təmasda olan insanlara 21 gün (xəstəlik üçün inkubasiya dövrünün maksimum müddəti) özünü təcrid etməyi tövsiyə edib. Xəstələrlə yaxın təmasda olanlara, o cümlədən onları müalicə edən həkimlərə, daşıyıcının "meymun çiçəyi"nin qarşısının alınması üçün də tövsiyə etdiyi "Imvanex" çiçək peyvəndi də təklif olunur. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, çiçək xəstəliyinə qarşı peyvənd meymun infeksiyasına qarşı 85% effektivdir. Əvvəllər peyvənd olunmuş insanlarda xəstəlik daha yüngül keçir.

Böyük Britaniyanın Səhiyyə naziri Sajid Cavid keçən həftə bildirib ki, İngiltərədəki xəstələrin əksəriyyətində xəstəliyin yüngül forması var. Eyni zamanda, krallıq mediasının məlumatına görə, "meymun çiçəyi"nə yoluxmuş uşaq reanimasiyaya yerləşdirilib. Milli tibb xidmətlərinin nümayəndələri bu məlumatı təsdiqləməkdən imtina edərək qeyd ediblər ki, mövcud qaydalara görə, ayrı-ayrı hallara münasibət bildirə bilməzlər.

Oxumağa davam et

Dünya

Pandemiya dövründə milyarderlərin sayı 573 nəfər artdı

COVID-19 pandemiyasının başlanğıcından bəri dünyada 573 yeni milyarder meydana gəlib, onların sərvəti isə bu müddət ərzində ümumilikdə 3,78 trilyon dollar artaraq 12,7 trilyon dollar, yaxud ümumdünya ÜDM-nin 13,9 faizini təşkil edir.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu rəqəmlər Oxfam xeyriyyə təşkilatının məruzəsində yer alıb.

Məruzəyə əsasən, hər 30 saatda dünyada yeni milyarder meydana gəlir və hazırda onların ümumi sayı 2668 nəfərə çatır. Eyni zamanda, hər 33 saat ərzində bir milyon insan ən kasıblar kateqoriyasına keçir, yəni gündə 1,9 dollardan az vəsaitlə dolanır. Dünyadakı ən zəngin 10 insanın sərvəti planetin ən kasıb əhalisinin 40 faizinin varidatına bərabərdir.

Məruzə müəllifləri hesablayıblar ki, ərzaq və energetika sektorunda fəaliyyət göstərən milyarderlərin aktivləri hər iki sutkada bir milyard dollar artır, son iki ildə isə bu göstərici 453 milyard dollara yüksəlib. Ən böyük beş energetika kompaniyası (BP, Shell, TotalEnergies, Exxon və Chevron) saniyədə 2,6 min dollar xalis gəlir əldə edir.

Oxumağa davam et
Reklam

Gündəm