Rusiyasız Avropada təhlükəsizliyə zəmanət vermək mümkün deyil - Publika.az
Bizi izləyin

Dünya

Rusiyasız Avropada təhlükəsizliyə zəmanət vermək mümkün deyil

Rusiyanın Avropa təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda iştirakı zəruridir və ümumi məqsədlərə nail olmaq üçün ölkənin G7 formatına qayıtması arzuolunandır.

Publika.az xəbər verir ki, bunu "İzvestiya"ya Bundestaqın xarici siyasət komitəsinin Sosial Demokratiya Partiyasından olan deputatı və partiyanın keçmiş sədr müavini Ralf Şteqner deyib.

Parlamentari Berlinin Moskva ilə dialoqa hazır olduğunu qeyd edib. "Biz bu cür formatları son dərəcə vacib hesab edirik və dialoq üzrə tərəfdaşların hər biri bunu dəstəkləyir. Bu, Avropada təhlükəsizlik sahəsində tərəqqiyə nail olmağa ümid verir. Mən vurğulamaq istərdim ki, Rusiyasız Avropada təhlükəsizliyə zəmanət vermək mümkün deyil", - deyə Şteqner bildirib.

O, həmçinin "Şimal axını 2" layihəsinin gedişindən danışıb, qaz kəmərinin istismarı üçün ciddi maneələrin olmadığını vurğulayıb.

""Şimal axını 2" iqtisadi layihədir, bəlkə də hamı tərəfindən dəstəklənmir, lakin Almaniyada bu sahədə razılığın əldə olunmasına işarələr var. Çərçivə şərtləri kəskin şəkildə dəyişməsə və mən bunu yaxın gələcəkdə görməsəm, o zaman layihəyə start veriləcək", - siyasətçi bildirib.

Şteqner Moskvanın G7 formatına qayıtmasını arzuolunan hesab edib, lakin bunun yalnız təhlükəsizlik təminatları üzrə kompromis əldə edildikdən sonra baş verə biləcəyini qeyd edib.

Qeyd edək ki, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının görüşü keçirilib. Bu görüş yanvarın 9-10-da Cenevrədə Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlardan sonra baş tutub.

Xatırladaq ki, yanvarın 9-10-da Cenevrədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Moskva və Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları baş tutub.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Hindistanda daşqınlar nəticəsində 14 nəfər öldü

Hindistanın şimal-şərqindəki Assam əyalətində bir həftəyə yaxındır yağan daşqınlarda ölənlərin sayı 14-ə çatıb

Publika.az bu barədə NDTV kanalı məlumat yayıb.

Daha 7 nəfərin itkin düşdüyü bildirilir.

Ümumilikdə əyalətin 700 min sakini təbii fəlakətdən zərər çəkib, 2,2 mindən çox kənd su altında qalıb.

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir. Bir çox yaşayış məntəqələrinə torpaq yolu ilə daxil olmaq mümkün deyil. İnsanlar müvəqqəti düşərgələrə köçürülür.

Oxumağa davam et

Dünya

Ermənistanda 40 min nəfərlik etiraz aksiyası keçirildi

Ermənistan müxalifəti şənbə günü axşam İrəvanda 40 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirir.

Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

"Ən təvazökar hesablamalara görə, hazırda İrəvanda Milli Müqavimət Hərəkatının mitinqində 40 mindən çox insan iştirak edir. Etirazçıların sayı yeni iştirakçılarla artır", - deyə A.Aşotyan bildirib.

O qeyd edib ki, aksiyanın iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın dərhal istefasını tələb edirlər.

Oxumağa davam et

Dünya

Dəhşətli təyyarə qəzası BAŞ VERDİ - Çox sayda ölən var

Fransanın cənub-şərqində turist təyyarəsi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə BFM telekanalı polisdəki mənbəyə istinadən məlumat verib.

Hadisə İsere departamentində baş verib. Qəza nəticəsində azı 5 nəfər ölüb.

Oxumağa davam et
Reklam

Gündəm