Lavrova görə Blinkenin PLANI DƏYİŞDİ: bu ölkələrə səfərdən sonra... - Publika.az
Bizi izləyin

Dünya

Lavrova görə Blinkenin PLANI DƏYİŞDİ: bu ölkələrə səfərdən sonra...

ABŞ dövlət katibi Entoni Blinken Kiyev və Berlinə səfərlərindən sonra cümə günü Rusiya Xarici işlər naziri Sergey Lavrovla Cenevrədə görüşəcək.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi bildirib.

"Dövlət katibi Blinken bu səhər rusiyalı həmkarı Lavrovla danışdı və bu söhbət kontekstində hər ikisi şəxsən görüşməyin faydalı olacağı barədə razılığa gəldilər. Dövlət katibinin Kiyev və Berlinə səfəri ilə bağlı planları nəzərə alınıb. Səfər planına Cenevrədə dayanacağın da əlavə edilməsi qərarı verilib", - Dövlət Departamentinin rəsmisi vurğulayıb.

O, deyib ki, Ukrayna ətrafındakı böhranla bağlı diplomatik həll hələ də qüvvədədir. Görüş bunun sübutudur. 

Diplomat görüşün hansı tərəfin təşəbbüsü ilə keçirildiyi sualına cavab verməkdə çətinlik çəkib.

Hüseyn


Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Zelenski Polşa vətəndaşlarına Ukraynada xüsusi status verəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Polşa vətəndaşlarının xüsusi statusu haqqında qanun layihəsini parlamentə təqdim edəcək. 

Publika.az xəbər verir ki, bu barədə ukraynalı deputat Olqa Sovgirya Teleqram kanalında yazıb.

“Ukrayna Prezidenti yaxın vaxtlarda parlamentə Ukraynada Polşa vətəndaşlarının xüsusi hüquqi statusu haqqında qanun layihəsini təqdim edəcək” - məlumatda deyilir. 

Yeni qanun layihəsi və polyakların imtiyazları ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.

Mayın 6-da Polşa Prezidenti Anjey Duda Polşa ilə Ukrayna arasında artıq sərhədlərin olmayacağına, iki ölkə xalqlarının “bu torpaqda birgə yaşaya biləcəklərinə” ümid etdiyini bildirib.

Bundan əvvəl Zelenski və Ali Radanın deputatları parlamentdə çıxış etməyə gələn Dudanı gurultulu alqışlarla qarşılayıblar. O, Rusiyanın Ukraynaya hücuma başlamasından sonra Ali Radada çıxış edən ilk xarici dövlət başçısıdır.

Oxumağa davam et

Dünya

Zelenskidən yalnız bu kəlməni eşitməyi xəyal edirəm - Ukraynanın birinci xanımı

Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşı, Prezident Vladimir Zelenski ilə birlikdə müsahibə verərək Ukraynada müharibə başlayandan bəri həyat yoldaşını demək olar ki, görmədiyini söyləyib.

Publika.az xəbər verir ki, Zelenskayanın sözlərinə görə, fevralın 24-də o, pəncərədən kənarda gələn qəribə səslərdən oyanıb. 

“Gözlərini açanda Zelenskini yaxınlıqda görmədim. Onu qonşu otaqda tapdım və orada ondan dəhşətli sözlər eşitdim. Dedi ki, “Başladı”. Həmin andan bəri ondan hər bir ukraynalı üçün çox vacib olan yalnız bu kəlməni - “Hər şey bitdi” deməsini eşitməyi xəyal edirəm” - Ukraynanın birinci xanımı qeyd edib.

“Mən onun bunu mənə deyəcəyini gözləməklə yaşayıram. Başa düşürəm ki, o, bunu deyəcək ilk şəxs olmayacaq, amma ən azı televiziyada eşitmək istəyirəm”, - Yelena Zelenskaya qeyd edib.

Oxumağa davam et

Dünya

Estoniyada sovet əsgərlərinin abidəsi təhqir olundu - FOTO

Estoniyada sovet əsgərlərinin abidəsi təhqir olunub. 

Publika.az-ın məlumatına görə, qeyd olunur ki, Vizuda yerləşən memorialın üzərinə qara və qırmızı boya çəkiblər. 

Bildirilib ki, bu rənglər “Ukrayna Üsyan Ordusu”nun bayrağının rənginə uyğun gəlir. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra son aylar Baltikyanı ölkələrdə mütəmadi olaraq sovet əsgərlərinin abidələrinin təhqir edilməsi halları baş verir. Üstəlik, mayın 17-də Estoniyada yerli qəbiristanlıqların birində memorial yoxa çıxıb.

Bundan əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko Rusiyanın bu dövlətlərlə sərhədində Baltikyanı ölkələrdən sovet abidələrinin qoyulmasını təklif edib.

Oxumağa davam et
Reklam

Gündəm