Dünyanın ən yaşlı kişisi vəfat etdi - Publika.az
Bizi izləyin

Dünya

Dünyanın ən yaşlı kişisi vəfat etdi

Dünyanın ən yaşlı insanı olan ispan Saturnino de la Fuente Qarsiya 112 yaşında Leonda vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı"nın saytı məlumat yayıb.

Kişi 10 sentyabr 2021-ci ildə "Ginnesin Rekordlar Kitabı"na düşüb, həmin vaxt onun 112 yaş 211 günlük yaşı var idi. Saturnino de la Fuente 1909-cu il fevralın 11-də Leonda anadan olub. 

Sağlığında xatırlayırdı ki, boyu balaca olduğu üçün (150 sm) İspaniya Vətəndaş Müharibəsi (1936-1939) zamanı orduya çağırılmayıb, sonra şəxsi ayaqqabı biznesini açıb və əsgərlər üçün ayaqqabı tikməyə başlayıb. 

Boş vaxtlarında futbol oynadı və doğma şəhərinin - Cultural Leonesa komandasına dəstək oldu.

Saturnino de la Fuenta və həyat yoldaşının yeddi qızı, 14 nəvəsi və 22 nəticəsi var.

Hüseyn


Rəylər
Oxumağa davam et
Reklam

Dünya

“Azovstal” zavodundan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

“RİA Novosti” dinc ukraynalıların, hərbçilərin və “Azov” batalyonunun üzvlərinin sığındığı Mariupol “Azovstal” zavodunun tunelini lentə alıb.

Publika.azxəbər verir ki, müxbir “Vostok” batalyonunun döyüşçüləri ilə birlikdə zavodun ərazisinə daxil olub.

Kadrlarda zavodun dağıdılmış sexlərindən birinin pəncərələrində qumbaraların olduğu görünür. Görüntülərdə Ukrayna hərbçilərinin və “Azov” döyüşçülərinin saxlandığı tunelin çıxışı da göstərilir. 

“Hələlik içəri keçmək mümkün deyil, hazırda orada minaların olub-olmadığını yoxlamaq və minalardan təmizləmə işləri aparılır”, - deyə qeyd olunub.

Xatırladaq ki, mayın 20- də Rusiya Müdafiə Nazirliyi Mariupol “Azovstal” zavodunun ərazisini nəzarətə götürdüyünü açıqlayıb. “Azov” batalyonunun 2439 üzvü təslim olub.

Oxumağa davam et

Dünya

Zelenski Polşa vətəndaşlarına Ukraynada xüsusi status verəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Polşa vətəndaşlarının xüsusi statusu haqqında qanun layihəsini parlamentə təqdim edəcək. 

Publika.az xəbər verir ki, bu barədə ukraynalı deputat Olqa Sovgirya Teleqram kanalında yazıb.

“Ukrayna Prezidenti yaxın vaxtlarda parlamentə Ukraynada Polşa vətəndaşlarının xüsusi hüquqi statusu haqqında qanun layihəsini təqdim edəcək” - məlumatda deyilir. 

Yeni qanun layihəsi və polyakların imtiyazları ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.

Mayın 6-da Polşa Prezidenti Anjey Duda Polşa ilə Ukrayna arasında artıq sərhədlərin olmayacağına, iki ölkə xalqlarının “bu torpaqda birgə yaşaya biləcəklərinə” ümid etdiyini bildirib.

Bundan əvvəl Zelenski və Ali Radanın deputatları parlamentdə çıxış etməyə gələn Dudanı gurultulu alqışlarla qarşılayıblar. O, Rusiyanın Ukraynaya hücuma başlamasından sonra Ali Radada çıxış edən ilk xarici dövlət başçısıdır.

Oxumağa davam et

Dünya

Zelenskidən yalnız bu kəlməni eşitməyi xəyal edirəm - Ukraynanın birinci xanımı

Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşı, Prezident Vladimir Zelenski ilə birlikdə müsahibə verərək Ukraynada müharibə başlayandan bəri həyat yoldaşını demək olar ki, görmədiyini söyləyib.

Publika.az xəbər verir ki, Zelenskayanın sözlərinə görə, fevralın 24-də o, pəncərədən kənarda gələn qəribə səslərdən oyanıb. 

“Gözlərini açanda Zelenskini yaxınlıqda görmədim. Onu qonşu otaqda tapdım və orada ondan dəhşətli sözlər eşitdim. Dedi ki, “Başladı”. Həmin andan bəri ondan hər bir ukraynalı üçün çox vacib olan yalnız bu kəlməni - “Hər şey bitdi” deməsini eşitməyi xəyal edirəm” - Ukraynanın birinci xanımı qeyd edib.

“Mən onun bunu mənə deyəcəyini gözləməklə yaşayıram. Başa düşürəm ki, o, bunu deyəcək ilk şəxs olmayacaq, amma ən azı televiziyada eşitmək istəyirəm”, - Yelena Zelenskaya qeyd edib.

Oxumağa davam et
Reklam

Gündəm