Dünya
Rusiya Ukraynaya BU ÖLKƏDƏN hücuma keçəcək - Şok sirlər ÜZƏ ÇIXDI

Amerika hakimiyyəti iddia edir ki, Rusiya Belarus ərazisindən Ukraynaya hücum edə bilər.
Publika.az xəbər verir ki, bu barədə TASS ABŞ Dövlət Departamentinin yüksək rütbəli əməkdaşına istinadən məlumat yayıb.
Məlumata görə, Moskva Rusiya və Belarusun qarşıdan gələn birgə təlimləri sayəsində Ukraynaya şimal istiqamətindən hücum etmək imkanı əldə edəcək. Dövlət Departamentindən mənbə bildirib ki, Rusiya-Ukrayna sərhədində gərginlik fonunda qoşunların yerləşdirilməsi ilə bağlı xəbərlər narahatlıq doğurur. Onun fikrincə, belaruslar üçün ölkənin belə bir hücumda iştirakı tamamilə qəbuledilməz olardı.
Qanunların dəyişdirilməsi
ABŞ Dövlət Departamentinin əməkdaşı hesab edir ki, Belarusun yenilənmiş Konstitusiya layihəsində Rusiyanın həm adi, həm də nüvə qüvvələrinin ölkədə yerləşdirilməsinə icazə verməklə bağlı hakimiyyətin planları da göstərilə bilər: “Belə bir addım cavab tələb edə bilən Avropa təhlükəsizliyinə çağırışdır”.
Belarus Konstitusiyasına dəyişikliklər layihəsi dekabrın 27-də dərc edilib. Sənədə əsasən, Belarus prezidenti üsyan cəhdləri, “kütləvi və digər iğtişaşlar” baş verərsə, fövqəladə vəziyyət tətbiq edə biləcək. Bundan əlavə, yeni konstitusiyanın qəbulundan sonra Belarus neytral və qeyri-nüvə dövləti statusunu itirəcək. Belarus Prezidenti Aleksandr Lukaşenko özü də bir müddət əvvəl demişdi ki, Konstitusiyaya dəyişiklik edilməsi prosesinə “qətiyyən ehtiyac yoxdur”. Belarus konstitusiyasının yenilənmiş variantında prezidentlik müddətinə əlavə məhdudiyyətlər, həmçinin Böyük Vətən müharibəsi ilə bağlı müddəalar var. Belarus vətəndaşları fevralın ikinci yarısında düzəlişlərin qəbulunun lehinə və ya əleyhinə səs verməli olacaqlar.
Köhnə bəyanatlar
Mənbə xatırladıb ki, 2021-ci ilin noyabrında Lukaşenko nüvə silahının yerləşdirilməsi mövzusuna toxunub. Onun fikrincə, hər kəs Belarus liderinin bu sözlərini diqqətlə qəbul etməlidir. Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Almaniya öz ərazisində onları yerləşdirməkdən imtina edərsə, Amerika raketləri Şərqi Avropada peyda ola bilər. Buna cavab olaraq Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə eyni NATO sistemlərinin Polşada olacağı təqdirdə, nüvə silahlarını respublikaya qaytarmağı təklif edəcəyi ilə hədələyib.
Öz növbəsində, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Lukaşenkonun nüvə silahı ilə bağlı dediklərini Qərbin ehtiyatsız siyasəti ilə əsaslandırıb. Diplomat qeyd edib ki, o, Qərb olsaydı, bu cür bəyanatları çox ciddi xəbərdarlıq hesab edərdi.
Müttəfiqlərin qətiyyəti
Daha əvvəl bildirilmişdi ki, Rusiya qoşunları İttifaq dövlətinin reaksiya qüvvələrinin planlı sınağı üçün artıq Belarusa gəlməyə başlayıb. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Oleq Voinovun sözlərinə görə, qarşıdakı yoxlama dünyada hərbi-siyasi vəziyyətin gərginləşməsi, Avropada, o cümlədən Belarusun qərb və cənub sərhədləri yaxınlığında artan gərginlik fonunda baş tutacaq.
Qüvvələrin yoxlanılması 2 mərhələdən ibarət olacaq və birinci mərhələ fevralın 9-dək davam edəcək. Həmin vaxta qədər rus qoşunları gələcək, yükləri boşaldacaq və tapşırıqları yerinə yetirmək üçün olduqları əraziyə irəliləyəcəklər. İkinci mərhələ fevralın 10-dan 20-dək keçiriləcək. Bu çərçivədə “Müttəfiqlərin Qətiyyəti - 2022” birgə təlimləri keçiriləcək. Lukaşenkonun bildirdiyi kimi, hərbçilər Polşa, Baltikyanı ölkələr və Ukrayna qüvvələri ilə qarşıdurma ssenarilərini işləyəcəklər.
Dünya
Zelenski Polşa vətəndaşlarına Ukraynada xüsusi status verəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Polşa vətəndaşlarının xüsusi statusu haqqında qanun layihəsini parlamentə təqdim edəcək.
Publika.az xəbər verir ki, bu barədə ukraynalı deputat Olqa Sovgirya Teleqram kanalında yazıb.
“Ukrayna Prezidenti yaxın vaxtlarda parlamentə Ukraynada Polşa vətəndaşlarının xüsusi hüquqi statusu haqqında qanun layihəsini təqdim edəcək” - məlumatda deyilir.
Yeni qanun layihəsi və polyakların imtiyazları ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.
Mayın 6-da Polşa Prezidenti Anjey Duda Polşa ilə Ukrayna arasında artıq sərhədlərin olmayacağına, iki ölkə xalqlarının “bu torpaqda birgə yaşaya biləcəklərinə” ümid etdiyini bildirib.
Bundan əvvəl Zelenski və Ali Radanın deputatları parlamentdə çıxış etməyə gələn Dudanı gurultulu alqışlarla qarşılayıblar. O, Rusiyanın Ukraynaya hücuma başlamasından sonra Ali Radada çıxış edən ilk xarici dövlət başçısıdır.
Dünya
Zelenskidən yalnız bu kəlməni eşitməyi xəyal edirəm - Ukraynanın birinci xanımı

Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşı, Prezident Vladimir Zelenski ilə birlikdə müsahibə verərək Ukraynada müharibə başlayandan bəri həyat yoldaşını demək olar ki, görmədiyini söyləyib.
Publika.az xəbər verir ki, Zelenskayanın sözlərinə görə, fevralın 24-də o, pəncərədən kənarda gələn qəribə səslərdən oyanıb.
“Gözlərini açanda Zelenskini yaxınlıqda görmədim. Onu qonşu otaqda tapdım və orada ondan dəhşətli sözlər eşitdim. Dedi ki, “Başladı”. Həmin andan bəri ondan hər bir ukraynalı üçün çox vacib olan yalnız bu kəlməni - “Hər şey bitdi” deməsini eşitməyi xəyal edirəm” - Ukraynanın birinci xanımı qeyd edib.
“Mən onun bunu mənə deyəcəyini gözləməklə yaşayıram. Başa düşürəm ki, o, bunu deyəcək ilk şəxs olmayacaq, amma ən azı televiziyada eşitmək istəyirəm”, - Yelena Zelenskaya qeyd edib.
Dünya
Estoniyada sovet əsgərlərinin abidəsi təhqir olundu - FOTO

Estoniyada sovet əsgərlərinin abidəsi təhqir olunub.
Publika.az-ın məlumatına görə, qeyd olunur ki, Vizuda yerləşən memorialın üzərinə qara və qırmızı boya çəkiblər.
Bildirilib ki, bu rənglər “Ukrayna Üsyan Ordusu”nun bayrağının rənginə uyğun gəlir. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra son aylar Baltikyanı ölkələrdə mütəmadi olaraq sovet əsgərlərinin abidələrinin təhqir edilməsi halları baş verir. Üstəlik, mayın 17-də Estoniyada yerli qəbiristanlıqların birində memorial yoxa çıxıb.
Bundan əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko Rusiyanın bu dövlətlərlə sərhədində Baltikyanı ölkələrdən sovet abidələrinin qoyulmasını təklif edib.
- Maraqlı22 May 2022 14:12
Bu ilin yay şortları: ən dəbli 5 model - FOTO
- Sosial22 May 2022 12:43
Bakıda yağış yağacaq, bölgələrdə şimşək çaxacaq - SABAHIN HAVASI
- Dünya22 May 2022 10:35
Rusiya “Terminator”larını döyüşə göndərir - Britaniya kəşfiyyatı
- Siyasət22 May 2022 02:42
Ərdoğan ŞƏRTLƏRİNİ AÇIQLADI: Yalnız bu halda...
- Qoroskop22 May 2022 00:15
Günün ULDUZ FALI: aktual məsələlərin həllini sabaha saxlayın
- Dünya21 May 2022 22:25
Rusiyada gizli səfərbərlik ELAN EDİLDİ - Baş Qərargahdan AÇIQLAMA
- Sosial21 May 2022 19:32
Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu
- Sosial21 May 2022 17:07
Vətəndaşların NƏZƏRİNƏ: sabah pulsuz olacaq