Lavrov-Blinken görüşü yekunlaşdı - TƏFƏRRÜAT - Publika.az
Bizi izləyin

Dünya

Lavrov-Blinken görüşü yekunlaşdı - TƏFƏRRÜAT

Rusiya Xarici işlər naziri ilə ABŞ Dövlət katibi arasında ötən ilin sonunda təqdim olunan təhlükəsizlik zəmanətləri ilə bağlı Moskvanın təkliflərinə həsr olunmuş üçüncü görüş Cenevredə baş tutub.

Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Entoni Blinkenlə Cenevrədə keçirilən görüşü dəyərləndirərək, onu faydalı və səmimi adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri və ABŞ Dövlət katibi cümə günü, yanvarın 21-də Cenevrədə görüş keçiriblər. Bu, iki ölkənin xarici işlər nazirlikləri rəhbərlərinin üçüncü görüşüdür. Birinci görüş 2021-ci ilin mayında Reykyavikdə Arktika Şurası nazirlərinin iclası çərçivəsində, ikincisi isə ötən ilin dekabrında Stokholmda ATƏT nazirlərinin iclası zamanı baş tutub.

“Mən bu gün danışdığımız hər şeyi, bütün etdiyimiz müzakirələri və faydalı səmimi söhbətimizin nə ilə bitdiyini söylədim”, - deyə Lavrov Blinkenlə görüşdən sonra bildirib.

Nazirin qeyd etdiyi kimi, Rusiya ilə ABŞ arasında danışıqların düzgün irəliləyib-irəliləməməsi haqda Moskvanın ABŞ-dan təhlükəsizlik zəmanətləri ilə bağlı kağız üzərində cavab almasından sonra mühakimə yürütmək mümkün olacaq.

“Mən deyə bilmərəm, biz düzgün və ya səhv yoldayıq. Biz bunu ABŞ-ın təkliflərimizin bütün məqamlarına kağız üzərində cavabını alanda anlayacağıq”, - deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Bu yaxınlarda Lavrov bildirib ki, Blinken onunla Cenevrədə baş tutan görüşdə Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə gələn həftə yazılı cavab verəcəyinə söz verib.

Prezidentlərin görüşü haqda

Sergey Lavrov ABŞ Dövlət katibi ilə görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə yeni görüşlərə hər zaman hazır olduğunu bildirib. Eyni zamanda, nazir qeyd edib ki, növbəti sammitin təşkili məsələsində tələsməyə ehtiyac yoxdur.

“Gəlin tələsməyək”, - o qeyd edib.

“Prezident Putin hər zaman prezident Baydenlə görüşməyə hazırdır. Aydındır ki, bu görüşlər ciddi şəkildə hazırlanmalıdır ki, liderlərimizin potensialından istifadə nəticəsində nəyə nail olacağımız aydın olsun”, - deyə Lavrov əlavə edib.

Bu arada, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında növbəti görüş Vaşinqtondan Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə yazılı cavablar alındıqdan sonra təyin edilib.

“Biz təkliflərimizə rəsmi cavab gözləyirik, bundan sonra öz səviyyəmizdə növbəti görüş planlaşdırırıq”, - deyə nazir bildirib.

Lavrovun xatırlatması və Blinkenin vədi

Lavrovun sözlərinə görə, ABŞ Dövlət katibi Entoni Blinken Amerikanın NATO-nun genişlənməməsi ilə bağlı öz öhdəliyinə necə yanaşdığını izah edəcəyinə söz verib.

Rusiyalı nazir yenidən baş tutan görüşdə Şimali Atlantika Alyansının genişlənməsinə son qoymağa çağırıb.

“NATO-nun Şərqə sonsuz genişlənməsinin dayandırılmasının zəruriliyinə dair prinsipial yanaşmamıza gəlincə, biz, əlbəttə ki, bunu təkrarladıq. Entoni Blinken ittifaqları seçmək hüququ ilə bağlı mövqeyini təkrarladı. Mən, əvvəllər də qeyd etdiyim kimi, ABŞ-ın ATƏT çərçivəsində ittifaqları seçmək hüququ ilə yanaşı, yüksək səviyyədə təsdiqlənmiş öhdəliklərini - başqalarının təhlükəsizliyini pozmaqla heç kimin təhlükəsizliyini möhkəmləndirməmək öhdəliyini necə yerinə yetirəcəyini soruşdum. O, ABŞ-ın bu öhdəliyinin yerinə yetirilməsinə necə münasibət bildirəcəyini izah edəcəyinə söz verib”, - deyə Lavrov bildirib.

Eyni zamanda, nazir qeyd edib ki, Entoni Blinkenlə görüşdə Rusiyanın Kuba və Venesuelada hərbi infrastrukturunun yerləşdirilməsi barədə mövzusuna toxunulmayıb.

“Biz bu gün bu mövzuya toxunmadıq”, - deyə nazir mətbuat konfransında qeyd edib.

ABŞ-a müraciət

Görüşdə S.Lavrov E.Blinkeni Minsk razılaşmalarının həyata keçirilməsi məqsədilə Kiyevə təsirindən istifadə etməyə çağırıb.

“Mən onu yenidən Kiyev rejiminə həlledici təsirdən istifadə etməyə çağırdım ki, o bir daha fikirləşsin və bu ən mühüm sənədi (Minsk razılaşmaları) sabotaj etməyi dayandırsın”, - deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri Cenevrədəki danışıqlardan sonra Qərbin emosiyalarının sakitləşəcəyinə ümid etdiyini də dilə gətirib: “Biz bu barədə Toni Blinkenlə açıq danışdıq və o, daha ağlabatan dialoq aparmağa razı olduğunu bildirdi. Ümid edirəm ki, emosiyalar azalacaq, baxmayaraq ki, heç bir təminat yoxdur”, - deyə Lavrov ABŞ Dövlət katibi ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı söhbətini şərh edərkən bildirib.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Filippində güclü zəlzələ

Mayın 22-də Filippində 5,8 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentrinin paytaxt Maniladan cənubda yerləşən Nasuqbu yaşayış məntəqəsindən 7 kilometr cənub-şərqdə, ocağının isə 168 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Oxumağa davam et

Dünya

Hindistanda daşqınlar nəticəsində 14 nəfər öldü

Hindistanın şimal-şərqindəki Assam əyalətində bir həftəyə yaxındır yağan daşqınlarda ölənlərin sayı 14-ə çatıb

Publika.az bu barədə NDTV kanalı məlumat yayıb.

Daha 7 nəfərin itkin düşdüyü bildirilir.

Ümumilikdə əyalətin 700 min sakini təbii fəlakətdən zərər çəkib, 2,2 mindən çox kənd su altında qalıb.

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir. Bir çox yaşayış məntəqələrinə torpaq yolu ilə daxil olmaq mümkün deyil. İnsanlar müvəqqəti düşərgələrə köçürülür.

Oxumağa davam et

Dünya

Ermənistanda 40 min nəfərlik etiraz aksiyası keçirildi

Ermənistan müxalifəti şənbə günü axşam İrəvanda 40 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirir.

Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

"Ən təvazökar hesablamalara görə, hazırda İrəvanda Milli Müqavimət Hərəkatının mitinqində 40 mindən çox insan iştirak edir. Etirazçıların sayı yeni iştirakçılarla artır", - deyə A.Aşotyan bildirib.

O qeyd edib ki, aksiyanın iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın dərhal istefasını tələb edirlər.

Oxumağa davam et
Reklam

Gündəm