Koronavirusa yoluxanların sayı 340 milyonu ötdü - Publika.az
Bizi izləyin

Dünya

Koronavirusa yoluxanların sayı 340 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu, ölənlərin sayı isə 5,57 milyonu ötüb.

Publika.az xəbər verir ki, bu baərəd məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Qeyd olunur ki, təşkilat cəmi 340 543 962 yoluxma və 5 570 163 ölüm halı barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 3 472 227 nəfər, ölənlərin sayı 9 184 nəfər artıb.

COVID-19 pandemiyası ərzində maksimum göstərici yanvarın 20-də qeydə alınıb - 3 933 319 yoluxma halı.

Yoluxanların və ölənlərin sayında görə "liderliyi" ABŞ qoruyub saxlayır.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Hindistanda daşqınlar nəticəsində 14 nəfər öldü

Hindistanın şimal-şərqindəki Assam əyalətində bir həftəyə yaxındır yağan daşqınlarda ölənlərin sayı 14-ə çatıb

Publika.az bu barədə NDTV kanalı məlumat yayıb.

Daha 7 nəfərin itkin düşdüyü bildirilir.

Ümumilikdə əyalətin 700 min sakini təbii fəlakətdən zərər çəkib, 2,2 mindən çox kənd su altında qalıb.

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir. Bir çox yaşayış məntəqələrinə torpaq yolu ilə daxil olmaq mümkün deyil. İnsanlar müvəqqəti düşərgələrə köçürülür.

Oxumağa davam et

Dünya

Ermənistanda 40 min nəfərlik etiraz aksiyası keçirildi

Ermənistan müxalifəti şənbə günü axşam İrəvanda 40 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirir.

Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

"Ən təvazökar hesablamalara görə, hazırda İrəvanda Milli Müqavimət Hərəkatının mitinqində 40 mindən çox insan iştirak edir. Etirazçıların sayı yeni iştirakçılarla artır", - deyə A.Aşotyan bildirib.

O qeyd edib ki, aksiyanın iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın dərhal istefasını tələb edirlər.

Oxumağa davam et

Dünya

Dəhşətli təyyarə qəzası BAŞ VERDİ - Çox sayda ölən var

Fransanın cənub-şərqində turist təyyarəsi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə BFM telekanalı polisdəki mənbəyə istinadən məlumat verib.

Hadisə İsere departamentində baş verib. Qəza nəticəsində azı 5 nəfər ölüb.

Oxumağa davam et
Reklam

Gündəm