Blinken nüvə sazişindən danışdı: Razılaşma əldə olunmasa... - Publika.az
Bizi izləyin

Dünya

Blinken nüvə sazişindən danışdı: Razılaşma əldə olunmasa...

İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planı (JCPOA) ABŞ və Rusiya arasında təhlükəsizliklə bağlı əməkdaşlığın nümunəsidir.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Xarici işlər naziri ilə İranla bağlı müzakirələr aparmaq fürsətimiz oldu. Bu da Birləşmiş Ştatlarla Rusiyanın birgə maraq kəsb edən təhlükəsizlik məsələləri ilə bağlı birgə çalışa bilmələrini sübut edir”, - Blinken qeyd edib.

Dövlət katibi JCPOA-nın bərpasına dair rəsmi Tehranla danışıqların kritik məqama çatdığını da dilə gətirib: “Qarşıdakı bir neçə həftə ərzində razılaşma əldə olunmasa, JCPOA-nın bərpasını mümkünsüz olacaq".

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Rusların komanda məntəqəsi VURULDU: 20-dən çox yüksək rütbəli zabit...

Ukrayna hərbçiləri Donetsk vilayətində rus hərbçilərinin qabaqcıl komanda məntəqəsini məhv ediblər.

Publika.az "FEYGIN LIVE" "YouTube" kanalına istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Oleksiy Aretoviç danışıb.

"Komanda məntəqəsində 20-dən çox yüksək rütbəli rus zabiti olub. Bina tamamilə dağılıb. Onların Ukrayna hərbçilərinin zərbəsindən sonra sağ qalması ehtimalı azdır" - Aretoviç bildirib.

Xatırladaq ki, Ukrayna hərbçiləri Xarkov vilayətində Rusiya desantlarının diviziyasının da mövqeyini məhv ediblər. Ruslar orada da xeyli itki veriblər.

Qeyd olunub ki, həmçinin Xarkov vilayətində Rusiya helikopteri vurulub.


Oxumağa davam et

Dünya

Çindən Rusiyaya İLK QADAĞA: Pekin sənəd tələb etdi, Moskva isə...

Çin Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra Rusiyanın "Boeing" və "Airbus" təyyarələri üçün hava məkanını bağlayıb. 

Publika.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Qadağa Qərbin sanksiyalarının tətbiqindən sonra hüquqi statusu dəqiqləşdirilməmiş təyyarələrə şamil edilir. Çin Rusiya aviaşirkətlərindən təyyarələrinin xaricdə artıq qeydiyyatdan keçmədiyini sübut etməyi tələb edib.

Bununla da Pekin fevralın 24-də Kremlin Ukraynada müharibəyə başlamasından sonra Qərb hökumətlərinin tətbiq etdiyi çoxsaylı sanksiyalara əməl edir.

Ukraynanın işğalı ilə əlaqədar Avropa Birliyi və ABŞ Rusiyaya mülki təyyarələrin, ehtiyat hissələrinin tədarükü, texniki xidməti və sığortasını qadağan edib.

Rusiyada istismar edilən bir çox təyyarələr rus müştəriləri ilə əməkdaşlığı dayandıran Qərb lizinq şirkətlərinə məxsusdur. Moskva təyyarələri geri qaytarmaqdan imtina edib və sadəcə olaraq onları yenidən qeydiyyata alıb.

Pekin tələb olunan sənədlər gəlmədiyi üçün "Boeing" və "Airbus" təyyarələri üçün eniş icazələrini və uçuşları ləğv edib.

Oxumağa davam et

Dünya

Fars körfəzidə GƏRGİNLİK: SEPAH iki yunan tankerini ƏLƏ KEÇİRDİ

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elit bölmələri) qüvvələri iki yunan tankerini saxlayıb. 

Publika.az xəbər verir ki, bu barədə IRNA agentliyi strukturun mətbuat xidmətinə istinadla məlumat yayıb. 

Saxlanmanın Fars körfəzi sularında baş verdiyi qeyd olunur.

Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanata görə, rəsmi Afina İranın iki gəmini ələ keçirməsini kəskin şəkildə pisləyib.

"Yunanıstanın Xarici İşlərnaziri Nikos Dendiasın göstərişi ilə XİN-in baş katibi Femistoklis Demiris İran körfəzində yunan bayrağı altında iki gəminin zorla ələ keçirilməsi ilə əlaqədar İranın Afinadakı səfirinə qəti etirazını bildirib. Yuxarıda göstərilən hərəkətlər əsasən pirat aktlarına bərabərdir", - bəyanatda deyilir.

"Baş katib beynəlxalq hüququn və beynəlxalq gəmiçiliyin əsas normalarına zidd olan bu aktları qətiyyətlə pisləyib. O, gəmilərin və onların ekipajlarının dərhal azad edilməsinə çağırıb. O, həmçinin vurğulayıb ki, bu tədbirlər ikitərəfli münasibətlərə, həmçinin Aİ ilə İran arasında münasibətlərə xüsusilə mənfi təsir göstərəcək.”, - Xarici İşlər Nazirliyindən bildirilib.

Oxumağa davam et
Reklam

Gündəm