Blinken nüvə sazişindən danışdı: Razılaşma əldə olunmasa... - Publika.az
Bizi izləyin

Dünya

Blinken nüvə sazişindən danışdı: Razılaşma əldə olunmasa...

İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planı (JCPOA) ABŞ və Rusiya arasında təhlükəsizliklə bağlı əməkdaşlığın nümunəsidir.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Xarici işlər naziri ilə İranla bağlı müzakirələr aparmaq fürsətimiz oldu. Bu da Birləşmiş Ştatlarla Rusiyanın birgə maraq kəsb edən təhlükəsizlik məsələləri ilə bağlı birgə çalışa bilmələrini sübut edir”, - Blinken qeyd edib.

Dövlət katibi JCPOA-nın bərpasına dair rəsmi Tehranla danışıqların kritik məqama çatdığını da dilə gətirib: “Qarşıdakı bir neçə həftə ərzində razılaşma əldə olunmasa, JCPOA-nın bərpasını mümkünsüz olacaq".

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Filippində güclü zəlzələ

Mayın 22-də Filippində 5,8 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentrinin paytaxt Maniladan cənubda yerləşən Nasuqbu yaşayış məntəqəsindən 7 kilometr cənub-şərqdə, ocağının isə 168 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Oxumağa davam et

Dünya

Hindistanda daşqınlar nəticəsində 14 nəfər öldü

Hindistanın şimal-şərqindəki Assam əyalətində bir həftəyə yaxındır yağan daşqınlarda ölənlərin sayı 14-ə çatıb

Publika.az bu barədə NDTV kanalı məlumat yayıb.

Daha 7 nəfərin itkin düşdüyü bildirilir.

Ümumilikdə əyalətin 700 min sakini təbii fəlakətdən zərər çəkib, 2,2 mindən çox kənd su altında qalıb.

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir. Bir çox yaşayış məntəqələrinə torpaq yolu ilə daxil olmaq mümkün deyil. İnsanlar müvəqqəti düşərgələrə köçürülür.

Oxumağa davam et

Dünya

Ermənistanda 40 min nəfərlik etiraz aksiyası keçirildi

Ermənistan müxalifəti şənbə günü axşam İrəvanda 40 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirir.

Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

"Ən təvazökar hesablamalara görə, hazırda İrəvanda Milli Müqavimət Hərəkatının mitinqində 40 mindən çox insan iştirak edir. Etirazçıların sayı yeni iştirakçılarla artır", - deyə A.Aşotyan bildirib.

O qeyd edib ki, aksiyanın iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın dərhal istefasını tələb edirlər.

Oxumağa davam et
Reklam

Gündəm