İngiltərədən bu ölkələrə ŞOK TƏKLİF: yeni formasiya və düşmən ərazilər... - Publika.az
Bizi izləyin

Dünya

İngiltərədən bu ölkələrə ŞOK TƏKLİF: yeni formasiya və düşmən ərazilər...

Böyük Britaniya Ukrayna və Polşaya üçlü ittifaq təşkil etməyi təklif edib.

Publika.az Lenta.ru-ya istinadla xəbər verir ki, müvafiq təşəbbüs Britaniyanın Geostrategiya Şurası tərəfindən irə sürülüb və "Twitter"də yayımlanıb.

Geostrategiya Şurası yazıya yeni formasiyanın geostrateji məqsədini izah edən xəritə əlavə edib. Üç ölkənin əraziləri oxlarla birləşdirilib. Londonun Avropadakı hərbi obyektləri müxtəlif tərəflərdə işarələnib. Xəritədə NATO üzvü olan ölkələr də göstərilir. Rusiya və Belarus xəritədə düşmən ərazilər kimi qeyd olunub.

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Londonun Varşava və Kiyevlə yeni üçtərəfli əlaqələri inkişaf etdirdiyini təsdiqləyib. O qeyd edib ki, Britaniya müttəfiqləri ilə birlikdə Ukraynanı dəstəkləməyə davam edəcək və Rusiyanı gərginliyi azaltmağa çağıracaq.

Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya üçün "çəkindirici vasitə" olaraq Ukrayna ilə qonşu olan NATO ölkələrinə yüzlərlə hərbçi göndərmək qərarına gəlib. Söhbət Estoniya, Latviya, Litva və Polşadan gedir. Nazirlik Şərqi Avropadakı missiyalarını gücləndirmək üçün bu ölkələrə ən qısa zamanda yüzlərlə hərbi qulluqçunun göndərilməsi imkanlarını müzakirə edir.

Hüseyn

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Jirinovskinin yerini bu siyasətçi tutdu - RƏSMİ

Qalmaqallı açıqlamalara ilə tanınan Vladimir Jirinovskinin ölümündə sonra qurucusu olduğu Rusiya Liberal Demokratik Partiyasına (RLDP) yeni sədr seçilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, RLDP-nin yeni sədri Leonid Slutski olub.

Səsvermə zamanı 86 nəfər Slutskinin lehinə səs verib. Onun alternativi olmayıb.

Oxumağa davam et

Dünya

Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...

Böyük Britaniya Rusiyanı milli təhlükə olaraq görən ölkələrdən yeni ittifaq yaratmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della sera” nəşri məlumat yayıb.

Nəşr yeni ittifaqın Avropa İttifaqına qarşı olacağını iddia edir.

“Conson Avropa İttifaqına alternativ olan siyasi, iqtisadi və hərbi ittifaq sistemini təklif edir. Bura Brüsselə etibar etməyən və Rusiya təhlükəsi ilə üzləşən ölkələr daxil olacaq. Britaniyanın baş naziri bu ideyanı aprelin 9-da Kiyevdə Zelenskiyə təqdim edib. İngiltərə bu ittifaqa Ukrayna, Polşa, Estoniya, Latviya və Litvanı, sonrakı mərhələ isə bəlkə Türkiyəni də daxil etmək istəyir”, - məqalədə deyilir.

Nəşr bildirir ki, Ukrayna hakimiyyəti Londonun təşəbbüsünə konkret cavab verməyib, lakin bundan imtina da etməyib: “Zelenski iyunun 23-də Ukraynanın Aİ-yə namizədliyinin həll olunacağı sammiti gözləyir. Cavab mənfi olarsa, Ukrayna prezidenti Consonun alternativini ciddi qəbul edə bilər. Lakin o da istisna deyil ki, Britaniyanın yeni ittifaq ideyası Qərb siyasətçilərinə təzyiq göstərmək məqsədi də daşıya bilər. Çünki Britaniyanın özü Ukraynanı maliyyə cəhətdən dəstəkləmək imkanına malik deyil”.

Oxumağa davam et

Dünya

ABŞ-dan Ukraynaya qadağa: Rusiyanı vurmayın

ABŞ Ukraynaya verdiyi silahlardan Rusiyanın atəşə tutulmasından narahatdır.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” Vaşinqtondakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ağ Ev Kiyevə bununla bağlı xəbərdarlıq edib.

“Bizim eskalasiyanın böyüyəcəyi ilə bağlı narahatlığımız var. Məhdudiyyətlər qoymaq arzusunda deyilik, lakin Ukraynaya onlara verilən Amerika silahlarından Rusiyanın sərhəd bölgələrini hədəfə almamaq barədə xəbərdarlıq edilib”, - mənbə bildirib.

Oxumağa davam et
Reklam

Gündəm