Ərdoğan Ankaranın planını AÇIQLADI: Əliyevlə birlikdə hazırladıqları... - Publika.az
Bizi izləyin

Dünya

Ərdoğan Ankaranın planını AÇIQLADI: Əliyevlə birlikdə hazırladıqları...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin Rabitə Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə-İran münasibətləri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Tehranda ən qısa zamanda keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası və bu çərçivədə imzalana biləcək razılaşmaların üzərində işlərin davam etdiyini bildirib.

Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün səylərini davam etdirdiklərini ifadə edən Ərdoğan, Türkiyə olaraq Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hazırladıqları "3+3" Platformasının növbəti toplantısına ev sahibliyi etmək istədiklərini söyləyib.

Hüseyn

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Jirinovskinin yerini bu siyasətçi tutdu - RƏSMİ

Qalmaqallı açıqlamalara ilə tanınan Vladimir Jirinovskinin ölümündə sonra qurucusu olduğu Rusiya Liberal Demokratik Partiyasına (RLDP) yeni sədr seçilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, RLDP-nin yeni sədri Leonid Slutski olub.

Səsvermə zamanı 86 nəfər Slutskinin lehinə səs verib. Onun alternativi olmayıb.

Oxumağa davam et

Dünya

Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...

Böyük Britaniya Rusiyanı milli təhlükə olaraq görən ölkələrdən yeni ittifaq yaratmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della sera” nəşri məlumat yayıb.

Nəşr yeni ittifaqın Avropa İttifaqına qarşı olacağını iddia edir.

“Conson Avropa İttifaqına alternativ olan siyasi, iqtisadi və hərbi ittifaq sistemini təklif edir. Bura Brüsselə etibar etməyən və Rusiya təhlükəsi ilə üzləşən ölkələr daxil olacaq. Britaniyanın baş naziri bu ideyanı aprelin 9-da Kiyevdə Zelenskiyə təqdim edib. İngiltərə bu ittifaqa Ukrayna, Polşa, Estoniya, Latviya və Litvanı, sonrakı mərhələ isə bəlkə Türkiyəni də daxil etmək istəyir”, - məqalədə deyilir.

Nəşr bildirir ki, Ukrayna hakimiyyəti Londonun təşəbbüsünə konkret cavab verməyib, lakin bundan imtina da etməyib: “Zelenski iyunun 23-də Ukraynanın Aİ-yə namizədliyinin həll olunacağı sammiti gözləyir. Cavab mənfi olarsa, Ukrayna prezidenti Consonun alternativini ciddi qəbul edə bilər. Lakin o da istisna deyil ki, Britaniyanın yeni ittifaq ideyası Qərb siyasətçilərinə təzyiq göstərmək məqsədi də daşıya bilər. Çünki Britaniyanın özü Ukraynanı maliyyə cəhətdən dəstəkləmək imkanına malik deyil”.

Oxumağa davam et

Dünya

ABŞ-dan Ukraynaya qadağa: Rusiyanı vurmayın

ABŞ Ukraynaya verdiyi silahlardan Rusiyanın atəşə tutulmasından narahatdır.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” Vaşinqtondakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ağ Ev Kiyevə bununla bağlı xəbərdarlıq edib.

“Bizim eskalasiyanın böyüyəcəyi ilə bağlı narahatlığımız var. Məhdudiyyətlər qoymaq arzusunda deyilik, lakin Ukraynaya onlara verilən Amerika silahlarından Rusiyanın sərhəd bölgələrini hədəfə almamaq barədə xəbərdarlıq edilib”, - mənbə bildirib.

Oxumağa davam et
Reklam

Gündəm