Britaniyanın Rusiya planı ORTAYA ÇIXDI: Vəziyyət gərginləşərsə... - Publika.az
Bizi izləyin

Dünya

Britaniyanın Rusiya planı ORTAYA ÇIXDI: Vəziyyət gərginləşərsə...

Böyük Britaniya Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Moskvaya qarşı sanksiyalar hazırlayır. Rəsmi Londonun Rusiya Federasiyasının beynəlxalq banklararası sistemdən ayrılmasına dəstək verməsi və “Şimal axını 2”yə qarşı tədbir görülməsinin “nüvə” variantı istisna edilmir. 

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Nəşrin yazdığına görə, rəsmilər Kreml daha da irəli gedərsə, Rusiya iqtisadiyyatını zəiflətməyə yönəlmiş yeni sanksiyalar üzərində işə başlayıblar.

"Britaniya Rusiyanın SWIFT beynəlxalq ödəniş sistemindən ayrılmasına dəstək vermək üçün nüvə variantını nəzərdən keçirir. Bundan əlavə, Böyük Britaniyanın Baş naziri Boris Conson hesab edir ki, sanksiyalara “Şimal axını 2”yə qarşı tədbirləri daxil etmək olmaz" - qəzet yazır.

Həmçinin qeyd edilib ki, Conson G7 ölkələrinin liderləri ilə (Böyük Britaniyadan başqa, bunlar AB , Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiyadır) danışıqlar aparmaq niyyətindədir ki, bu da “sanksiya koalisiyasının” yaradılmasını başa çatdırmaq üçün “Rusiya prezidentini dəstəkləyən oliqarxlara qarşı məqsədyönlü tədbirləri nəzərdə tutur. Nəşrdə konkret adlar verilmir.

"Böyük Britaniya diplomatik yolla dialoq və çəkindirmə siyasəti yürütmək üçün NATO vasitəsilə və ABŞ ilə sıx əməkdaşlıq edir, lakin bu, uğursuz olarsa, Rusiya iqtisadiyyatının əsasına zərbə vuracaq sanksiyalar paketi hazırlayır” - bu barədə qəzetə Böyük Britaniyaya yaxın mənbə bildirib.

Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edib, heç kəsi təhdid etmədiyini və heç bir yerə hücum etmək fikrində olmadığını bəyan edib. Rəsmi Moskva bildirib ki, “Rusiyanın təcavüzü” ilə bağlı bəyanatlar daha çox NATO hərbi texnikasının Rusiya sərhədlərində yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur.  

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Jirinovskinin yerini bu siyasətçi tutdu - RƏSMİ

Qalmaqallı açıqlamalara ilə tanınan Vladimir Jirinovskinin ölümündə sonra qurucusu olduğu Rusiya Liberal Demokratik Partiyasına (RLDP) yeni sədr seçilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, RLDP-nin yeni sədri Leonid Slutski olub.

Səsvermə zamanı 86 nəfər Slutskinin lehinə səs verib. Onun alternativi olmayıb.

Oxumağa davam et

Dünya

Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...

Böyük Britaniya Rusiyanı milli təhlükə olaraq görən ölkələrdən yeni ittifaq yaratmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della sera” nəşri məlumat yayıb.

Nəşr yeni ittifaqın Avropa İttifaqına qarşı olacağını iddia edir.

“Conson Avropa İttifaqına alternativ olan siyasi, iqtisadi və hərbi ittifaq sistemini təklif edir. Bura Brüsselə etibar etməyən və Rusiya təhlükəsi ilə üzləşən ölkələr daxil olacaq. Britaniyanın baş naziri bu ideyanı aprelin 9-da Kiyevdə Zelenskiyə təqdim edib. İngiltərə bu ittifaqa Ukrayna, Polşa, Estoniya, Latviya və Litvanı, sonrakı mərhələ isə bəlkə Türkiyəni də daxil etmək istəyir”, - məqalədə deyilir.

Nəşr bildirir ki, Ukrayna hakimiyyəti Londonun təşəbbüsünə konkret cavab verməyib, lakin bundan imtina da etməyib: “Zelenski iyunun 23-də Ukraynanın Aİ-yə namizədliyinin həll olunacağı sammiti gözləyir. Cavab mənfi olarsa, Ukrayna prezidenti Consonun alternativini ciddi qəbul edə bilər. Lakin o da istisna deyil ki, Britaniyanın yeni ittifaq ideyası Qərb siyasətçilərinə təzyiq göstərmək məqsədi də daşıya bilər. Çünki Britaniyanın özü Ukraynanı maliyyə cəhətdən dəstəkləmək imkanına malik deyil”.

Oxumağa davam et

Dünya

ABŞ-dan Ukraynaya qadağa: Rusiyanı vurmayın

ABŞ Ukraynaya verdiyi silahlardan Rusiyanın atəşə tutulmasından narahatdır.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” Vaşinqtondakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ağ Ev Kiyevə bununla bağlı xəbərdarlıq edib.

“Bizim eskalasiyanın böyüyəcəyi ilə bağlı narahatlığımız var. Məhdudiyyətlər qoymaq arzusunda deyilik, lakin Ukraynaya onlara verilən Amerika silahlarından Rusiyanın sərhəd bölgələrini hədəfə almamaq barədə xəbərdarlıq edilib”, - mənbə bildirib.

Oxumağa davam et
Reklam

Gündəm