Keçmiş NATO baş katibi ELAN ETDİ: Ukrayna yaxın gələcəkdə... - Publika.az
Bizi izləyin

Dünya

Keçmiş NATO baş katibi ELAN ETDİ: Ukrayna yaxın gələcəkdə...

NATO-nun keçmiş baş katibi Yaap de Hop Sxeffer bildirib ki, Ukrayna yaxın gələcəkdə NATO üzvü olmayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" keçmiş baş katibin sözlərindən sitat gətirib. 

Sxefferin qeyd edib ki, Buxarestdə masa arxasında oturan bütün qrup (2008-ci ildə) bunu bilirdi və artıq opponentlər üçün Ukraynanın üzvlüyü aydın idi.

Moskva bundan əvvəl NATO-nun 2008-ci il Buxarest sammitinin Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına dair qərarından ATƏT-ə üzv olan bütün dövlətlərin liderlərinin təhlükəsizlik hesabına öz təhlükəsizliyini gücləndirməmək öhdəliyinə zidd olaraq, rəsmi şəkildə rədd edilməsinin vacibliyini bildirmişdi. 

Nəşrin yazdığına görə, 2008-ci ildə de Hop Sxefferin rəhbərliyi altında alyans Ukraynanın “üzv olacağını” bəyan edib. İndi o, Kiyevə verdiyi vədin kompromis olduğunu iddia edir.

“Baxmayaraq ki, o (Rusiya Prezidenti Vladimir Putin) o vaxt və bu günə kimi çox yaxşı bilirdi ki, NATO və amerikalılar heç vaxt Ukraynaya görə Rusiya ilə vuruşmayacaqlar” - keçmiş baş katib bildirib.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Jirinovskinin yerini bu siyasətçi tutdu - RƏSMİ

Qalmaqallı açıqlamalara ilə tanınan Vladimir Jirinovskinin ölümündə sonra qurucusu olduğu Rusiya Liberal Demokratik Partiyasına (RLDP) yeni sədr seçilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, RLDP-nin yeni sədri Leonid Slutski olub.

Səsvermə zamanı 86 nəfər Slutskinin lehinə səs verib. Onun alternativi olmayıb.

Oxumağa davam et

Dünya

Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...

Böyük Britaniya Rusiyanı milli təhlükə olaraq görən ölkələrdən yeni ittifaq yaratmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della sera” nəşri məlumat yayıb.

Nəşr yeni ittifaqın Avropa İttifaqına qarşı olacağını iddia edir.

“Conson Avropa İttifaqına alternativ olan siyasi, iqtisadi və hərbi ittifaq sistemini təklif edir. Bura Brüsselə etibar etməyən və Rusiya təhlükəsi ilə üzləşən ölkələr daxil olacaq. Britaniyanın baş naziri bu ideyanı aprelin 9-da Kiyevdə Zelenskiyə təqdim edib. İngiltərə bu ittifaqa Ukrayna, Polşa, Estoniya, Latviya və Litvanı, sonrakı mərhələ isə bəlkə Türkiyəni də daxil etmək istəyir”, - məqalədə deyilir.

Nəşr bildirir ki, Ukrayna hakimiyyəti Londonun təşəbbüsünə konkret cavab verməyib, lakin bundan imtina da etməyib: “Zelenski iyunun 23-də Ukraynanın Aİ-yə namizədliyinin həll olunacağı sammiti gözləyir. Cavab mənfi olarsa, Ukrayna prezidenti Consonun alternativini ciddi qəbul edə bilər. Lakin o da istisna deyil ki, Britaniyanın yeni ittifaq ideyası Qərb siyasətçilərinə təzyiq göstərmək məqsədi də daşıya bilər. Çünki Britaniyanın özü Ukraynanı maliyyə cəhətdən dəstəkləmək imkanına malik deyil”.

Oxumağa davam et

Dünya

ABŞ-dan Ukraynaya qadağa: Rusiyanı vurmayın

ABŞ Ukraynaya verdiyi silahlardan Rusiyanın atəşə tutulmasından narahatdır.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” Vaşinqtondakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ağ Ev Kiyevə bununla bağlı xəbərdarlıq edib.

“Bizim eskalasiyanın böyüyəcəyi ilə bağlı narahatlığımız var. Məhdudiyyətlər qoymaq arzusunda deyilik, lakin Ukraynaya onlara verilən Amerika silahlarından Rusiyanın sərhəd bölgələrini hədəfə almamaq barədə xəbərdarlıq edilib”, - mənbə bildirib.

Oxumağa davam et
Reklam

Gündəm