Türkiyədə 37 avtomobil toqquşdu: çox sayda yaralı var - Publika.az
Bizi izləyin

Dünya

Türkiyədə 37 avtomobil toqquşdu: çox sayda yaralı var

Türkiyənin Anadolu magistral yolunun Düzce hissəsində güclü qar səbəbindən 37 avtomobilin toqquşması ilə zəncirvari yol qəzası baş verib.

Publika.az xəbər verir ki, qəza nəticəsində magistralın İstanbul istiqaməti təxminən iki saat bağlanıb. Yolun təxminən beş kilometrlik ərazisini əhatə edən qəzada toqquşan avtomobillərdən beşi sərnişin avtobusu, ikisi mikroavtobus, yeddisi isə qoşqulu yük maşınıdır.

Hadisə ilə bağlı açıqlama verən Düzce vilayətinin səhiyyə müdiri Yasin Yılmaz indiyədək müxtəlif bədən xəsarətləri ilə 22 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

İstanbul istiqamətində daha bir qəza iki sərnişin avtobusunun baryerlərə çırpılması nəticəsində meydana gəlib. Şəhərin giriş hissəsində yolun böyük bir qismində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Türkiyədə qarlı hava şəraiti davam edir.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Çindən Rusiyaya İLK QADAĞA: Pekin sənəd tələb etdi, Moskva isə...

Çin Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra Rusiyanın "Boeing" və "Airbus" təyyarələri üçün hava məkanını bağlayıb. 

Publika.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Qadağa Qərbin sanksiyalarının tətbiqindən sonra hüquqi statusu dəqiqləşdirilməmiş təyyarələrə şamil edilir. Çin Rusiya aviaşirkətlərindən təyyarələrinin xaricdə artıq qeydiyyatdan keçmədiyini sübut etməyi tələb edib.

Bununla da Pekin fevralın 24-də Kremlin Ukraynada müharibəyə başlamasından sonra Qərb hökumətlərinin tətbiq etdiyi çoxsaylı sanksiyalara əməl edir.

Ukraynanın işğalı ilə əlaqədar Avropa Birliyi və ABŞ Rusiyaya mülki təyyarələrin, ehtiyat hissələrinin tədarükü, texniki xidməti və sığortasını qadağan edib.

Rusiyada istismar edilən bir çox təyyarələr rus müştəriləri ilə əməkdaşlığı dayandıran Qərb lizinq şirkətlərinə məxsusdur. Moskva təyyarələri geri qaytarmaqdan imtina edib və sadəcə olaraq onları yenidən qeydiyyata alıb.

Pekin tələb olunan sənədlər gəlmədiyi üçün "Boeing" və "Airbus" təyyarələri üçün eniş icazələrini və uçuşları ləğv edib.

Oxumağa davam et

Dünya

Fars körfəzidə GƏRGİNLİK: SEPAH iki yunan tankerini ƏLƏ KEÇİRDİ

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elit bölmələri) qüvvələri iki yunan tankerini saxlayıb. 

Publika.az xəbər verir ki, bu barədə IRNA agentliyi strukturun mətbuat xidmətinə istinadla məlumat yayıb. 

Saxlanmanın Fars körfəzi sularında baş verdiyi qeyd olunur.

Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanata görə, rəsmi Afina İranın iki gəmini ələ keçirməsini kəskin şəkildə pisləyib.

"Yunanıstanın Xarici İşlərnaziri Nikos Dendiasın göstərişi ilə XİN-in baş katibi Femistoklis Demiris İran körfəzində yunan bayrağı altında iki gəminin zorla ələ keçirilməsi ilə əlaqədar İranın Afinadakı səfirinə qəti etirazını bildirib. Yuxarıda göstərilən hərəkətlər əsasən pirat aktlarına bərabərdir", - bəyanatda deyilir.

"Baş katib beynəlxalq hüququn və beynəlxalq gəmiçiliyin əsas normalarına zidd olan bu aktları qətiyyətlə pisləyib. O, gəmilərin və onların ekipajlarının dərhal azad edilməsinə çağırıb. O, həmçinin vurğulayıb ki, bu tədbirlər ikitərəfli münasibətlərə, həmçinin Aİ ilə İran arasında münasibətlərə xüsusilə mənfi təsir göstərəcək.”, - Xarici İşlər Nazirliyindən bildirilib.

Oxumağa davam et

Dünya

Jirinovskinin yerini bu siyasətçi tutdu - RƏSMİ

Qalmaqallı açıqlamalara ilə tanınan Vladimir Jirinovskinin ölümündə sonra qurucusu olduğu Rusiya Liberal Demokratik Partiyasına (RLDP) yeni sədr seçilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, RLDP-nin yeni sədri Leonid Slutski olub.

Səsvermə zamanı 86 nəfər Slutskinin lehinə səs verib. Onun alternativi olmayıb.

Oxumağa davam et
Reklam

Gündəm