İtaliyada prezident seçkilərinin birinci turu nəticəsiz qaldı - Publika.az
Bizi izləyin

Dünya

İtaliyada prezident seçkilərinin birinci turu nəticəsiz qaldı

İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün toplanan “Böyük Seçki Məclisi”ndə səsvermənin birinci turundan nəticə əldə olunmayıb.

Publika.az xəbər verir ki, parlamentin yuxarı palatası, Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, aşağı palata - Nümayəndələr Palatasından isə 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi” seçkilərin birinci turu üçün toplaşıb. Səsvermənin birinci turunda prezident seçilmək üçün tələb olunan 1008 səsdən 672-sinə heç bir namizəd çata bilməyib. Boş səslərin sayı isə 672 olub. Beləliklə, səsvermənin birinci turu nəticəsiz qalıb.

Nümayəndələr Palatasında keçirilən səsvermə COVID-19 epidemiyasına qarşı tədbirlərə uyğun təşkil edilib.

Senatının sədri Maria Elizabetta Alberti Kasellati və Nümayəndələr Palatasının sədri Roberto Fiko prezident seçkilərinin yanvarın 25-də keçiriləcək səsvermənin ikinci turu ilə davam edəcəyini açıqlayıblar.

Qeyd edək ki, Baş nazir Mario Draqinin rəhbərlik etdiyi koalisiya hökumətinin tərəfdaşları seçkidə ortaq namizədi müəyyən etmək üçün məsləhətləşmələr aparıblar. Demokratik Partiyanın (PD) rəhbəri Enriko Letta və “Liqa” Partiyasının rəhbəri Matteo Salvini görüş keçiriblər. M.Salvini, həmçinin “Beş Ulduz Hərəkatı”nın (M5S) lideri Cüzeppe Konte ilə də görüşüb.

Qeyd edək ki, ölkədə hələ də prezidentliyə rəsmi namizəd yoxdur. Lakin bu posta Baş nazir Mario Draqinin adı tez-tez hallanır. Əgər Mario Draqi prezident seçilərsə, mövcud hökumət buraxılmalıdır.

Yerli mediaya görə, koalisiya tərəfdaşları Mario Draqiyə prezident olmaq üçün “yaşıl işıq” yandırmaq üçün yeni hökumətin qurulması barədə də razılığa gəlməlidirlər.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Jirinovskinin yerini bu siyasətçi tutdu - RƏSMİ

Qalmaqallı açıqlamalara ilə tanınan Vladimir Jirinovskinin ölümündə sonra qurucusu olduğu Rusiya Liberal Demokratik Partiyasına (RLDP) yeni sədr seçilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, RLDP-nin yeni sədri Leonid Slutski olub.

Səsvermə zamanı 86 nəfər Slutskinin lehinə səs verib. Onun alternativi olmayıb.

Oxumağa davam et

Dünya

Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...

Böyük Britaniya Rusiyanı milli təhlükə olaraq görən ölkələrdən yeni ittifaq yaratmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della sera” nəşri məlumat yayıb.

Nəşr yeni ittifaqın Avropa İttifaqına qarşı olacağını iddia edir.

“Conson Avropa İttifaqına alternativ olan siyasi, iqtisadi və hərbi ittifaq sistemini təklif edir. Bura Brüsselə etibar etməyən və Rusiya təhlükəsi ilə üzləşən ölkələr daxil olacaq. Britaniyanın baş naziri bu ideyanı aprelin 9-da Kiyevdə Zelenskiyə təqdim edib. İngiltərə bu ittifaqa Ukrayna, Polşa, Estoniya, Latviya və Litvanı, sonrakı mərhələ isə bəlkə Türkiyəni də daxil etmək istəyir”, - məqalədə deyilir.

Nəşr bildirir ki, Ukrayna hakimiyyəti Londonun təşəbbüsünə konkret cavab verməyib, lakin bundan imtina da etməyib: “Zelenski iyunun 23-də Ukraynanın Aİ-yə namizədliyinin həll olunacağı sammiti gözləyir. Cavab mənfi olarsa, Ukrayna prezidenti Consonun alternativini ciddi qəbul edə bilər. Lakin o da istisna deyil ki, Britaniyanın yeni ittifaq ideyası Qərb siyasətçilərinə təzyiq göstərmək məqsədi də daşıya bilər. Çünki Britaniyanın özü Ukraynanı maliyyə cəhətdən dəstəkləmək imkanına malik deyil”.

Oxumağa davam et

Dünya

ABŞ-dan Ukraynaya qadağa: Rusiyanı vurmayın

ABŞ Ukraynaya verdiyi silahlardan Rusiyanın atəşə tutulmasından narahatdır.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” Vaşinqtondakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ağ Ev Kiyevə bununla bağlı xəbərdarlıq edib.

“Bizim eskalasiyanın böyüyəcəyi ilə bağlı narahatlığımız var. Məhdudiyyətlər qoymaq arzusunda deyilik, lakin Ukraynaya onlara verilən Amerika silahlarından Rusiyanın sərhəd bölgələrini hədəfə almamaq barədə xəbərdarlıq edilib”, - mənbə bildirib.

Oxumağa davam et
Reklam

Gündəm