Sarkisyanın qəfil istefasının ƏSL SƏBƏBİ: Bu sirri üzə çıxdı - Publika.az
Bizi izləyin

Dünya

Sarkisyanın qəfil istefasının ƏSL SƏBƏBİ: Bu sirri üzə çıxdı - VİDEO

Video əlavə olunub.

xxx

Ermənistan prezidenti Armen Sarkisyanın qəfil istefasının səbəbləri əslində onun bəyanatında göstərildiyi kimi, prezident səlahiyyətlərinin azlığı və ya ölkənin düçar olduğu böhran deyil. Əsl səbəb onun Sakit Okeandakı kiçik ada dövlətindəki sirrinin araşdırmaçı jurnalistlər tərəfindən üzə çıxarılması ola bilər.

Bu haqda hetq.am nəşri yazır. “Prezident Armen Sarkisyan öz bəyanatında istefasının bir neçə səbəblərini göstərib, amma hesab edirik ki, bu səbəblərin onun istefası ilə çox az əlaqəsi var. Fikrimizcə istefanın səbəbi birdir-o, ən azından prezident olana qədər başqa ölkənin vətəndaşı olub”, -erməni nəşri yazır.

Məlum olur ki, Sarkisyanın bu sirrini Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) üzə çıxarıb. Təşkilat onun başqa ölkənin vətəndaşı olduğu barədə məlumata malik olduğunu bildirib və Sərkisyana sorğu göndərib. Sarkisyan sübut tələb edib. Həmin ölkə isə Armen Sərkisanın prezident olana qədər vətəndaşlığını daşıdığı Böyük Britaniya deyildi. O, Karib dənizindəki kiçik ada dövləti Sent-Kits və Nevisin vətəndaşı idi. Araşdırmaçı jurnalistlərlə Sərkisyan arasındakı yazışmalarda onun həmin ölkənin pasportunu daşıdığı təsdiqlənib. Bildirilir ki, OCCRP hələ araşdırma üzərində işləyir və bu səbəbdən onun tam məzmununu dərc etmək mümkün deyil.

Bununla belə yanvarın 23-də istefa bəyanatı verməzdən əvvəl Sarkisyan Sent-Kits və Nevis vətəndaşı olması barədə bəzi suallara cavab verib. Həmin vaxt o, Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə idi. Oradan isə Sarkisyan “səhhəti ilə bağlı” məzuniyyətə çıxıb və Ermənistana qayıtmadan istefasını elan edib.

Sarkisyan ada dövlətinin vətəndaşı olduğu barədə sübutlar tələb edəndə jurnalist onun pasportunun surətini göndərib. Yazışmalar zamanı Ermənistan prezidenti təsdiq edib ki, vəzifəyə seçilməzdən əvvəl bu ada dövlətində otel biznesi var idi. Və 2013-cü ildə Ermənistanın Böyük Britaniyada səfiri təyin olunanda həmin biznesini ailə üzvlərindən birinə verib.

Sent-Kits və Nevisdə investisiyaların əvəzində vətəndaşlıq verilməsi proqramı var və aərkisyan deyir ki, o özü də bilmədən həmin proqramın iştirakçısı olub. “Mənim məqsədim investisiya yatırmaq idi və pasport mənə maraqlı deyildi”, - o bildirir. İddia edir ki, 2013-cü ildə səfir təyin ediləndə öz hüquqşunasına Sent-Kits və Nevis dövlətinin pasportunu geri qaytarmağı tapşırıb.

Amma Sarkisyanın versiyasına görə, 2017-ci ildə ona Ermənistan prezidenti olmağı təklif edəndə məlum olub ki, pasportu qaytarmaq barədə tapşırığı yerinə yetirilməyib. Məlum olub ki, Sarkisyanın vətəndaşlığının ləğv edilməsi məsələləri ilə məşğul olmalı olan adam (onun hüquqşünası deyil) vəfat edib. Bundan sonra Sərkisan həmin adamın eyni şirkətdə işləyən oğluna məktub yazaraq situasiyanı izah edib və xahişini təkrarlayıb.

Lakin fakt budur ki, Sarkisyan Sent-Kits və Nevis vətəndaşlığından imtina edilməsi prosesini 2018-ci ilin martından gec olmayaraq başladıb. Həmin vaxt isə o artıq Ermənistanın prezidenti idi. Bu isə o deməkdir ki, prezident olarkən ikili vətəndaşlığa malik olan Sarkisyanın imzaladığı bütün sərəncamlar və qanunlar, o cümlədən Nikol Paşinyanın baş nazir təyin edilməsi də qanunsuz olub.  Çünki konstitusiyaya görə Sarkisyan ikili vətəndaşlığa malik olduğu üçün prezident seçilə bilməzdi.

Sarkisyan isə deyir ki, o vətəndaşlığın dondurulması və pasportunun ləğv edilməsi barədə müraciət etdiyi üçün özünü həmin ölkənin vətəndaşı saymır. Lakin belə görünür ki, o Ermənistana qayıtmayacaq, çünki sənədləri saxtalaşdırmaq ittihamı ilə mühakimə oluna bilər... (virtualaz.org)

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Jirinovskinin yerini bu siyasətçi tutdu - RƏSMİ

Qalmaqallı açıqlamalara ilə tanınan Vladimir Jirinovskinin ölümündə sonra qurucusu olduğu Rusiya Liberal Demokratik Partiyasına (RLDP) yeni sədr seçilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, RLDP-nin yeni sədri Leonid Slutski olub.

Səsvermə zamanı 86 nəfər Slutskinin lehinə səs verib. Onun alternativi olmayıb.

Oxumağa davam et

Dünya

Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...

Böyük Britaniya Rusiyanı milli təhlükə olaraq görən ölkələrdən yeni ittifaq yaratmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della sera” nəşri məlumat yayıb.

Nəşr yeni ittifaqın Avropa İttifaqına qarşı olacağını iddia edir.

“Conson Avropa İttifaqına alternativ olan siyasi, iqtisadi və hərbi ittifaq sistemini təklif edir. Bura Brüsselə etibar etməyən və Rusiya təhlükəsi ilə üzləşən ölkələr daxil olacaq. Britaniyanın baş naziri bu ideyanı aprelin 9-da Kiyevdə Zelenskiyə təqdim edib. İngiltərə bu ittifaqa Ukrayna, Polşa, Estoniya, Latviya və Litvanı, sonrakı mərhələ isə bəlkə Türkiyəni də daxil etmək istəyir”, - məqalədə deyilir.

Nəşr bildirir ki, Ukrayna hakimiyyəti Londonun təşəbbüsünə konkret cavab verməyib, lakin bundan imtina da etməyib: “Zelenski iyunun 23-də Ukraynanın Aİ-yə namizədliyinin həll olunacağı sammiti gözləyir. Cavab mənfi olarsa, Ukrayna prezidenti Consonun alternativini ciddi qəbul edə bilər. Lakin o da istisna deyil ki, Britaniyanın yeni ittifaq ideyası Qərb siyasətçilərinə təzyiq göstərmək məqsədi də daşıya bilər. Çünki Britaniyanın özü Ukraynanı maliyyə cəhətdən dəstəkləmək imkanına malik deyil”.

Oxumağa davam et

Dünya

ABŞ-dan Ukraynaya qadağa: Rusiyanı vurmayın

ABŞ Ukraynaya verdiyi silahlardan Rusiyanın atəşə tutulmasından narahatdır.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” Vaşinqtondakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ağ Ev Kiyevə bununla bağlı xəbərdarlıq edib.

“Bizim eskalasiyanın böyüyəcəyi ilə bağlı narahatlığımız var. Məhdudiyyətlər qoymaq arzusunda deyilik, lakin Ukraynaya onlara verilən Amerika silahlarından Rusiyanın sərhəd bölgələrini hədəfə almamaq barədə xəbərdarlıq edilib”, - mənbə bildirib.

Oxumağa davam et
Reklam

Gündəm