Dünya
Rusiya Ukraynanı işğal edərsə... - Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya Ukraynanı işğal edərsə, Britaniya ordusunun yeni NATO qoşunlarının yerləşdirilməsinə töhfə vermək istəyəcəyini deyib.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-ləri məlumat yayıb.
Conson Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, Ukraynada güclü müqavimət olacaq və bir çox “rus analarının oğulları” evlərinə qayıtmayacaq.
Boris Conson Rusiyanı mümkün sanksiyalarla hədələyib.
Qeyd edək ki, rəsmi Moskva Krım və Ukrayna sərhədində yeni hərbi təlimlərə başladığını açıqlayıb.
Rusiya ölkənin cənubunda yanvarın 29-na qədər davam edəcək hərbi təlimə 6 minə yaxın əsgərin qatıldığını bildirib. Təlimdə quru qoşunları ilə yanaşı, dəniz və hava qüvvələri də iştirak edir.
Dünya
Filippində güclü zəlzələ

Mayın 22-də Filippində 5,8 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentrinin paytaxt Maniladan cənubda yerləşən Nasuqbu yaşayış məntəqəsindən 7 kilometr cənub-şərqdə, ocağının isə 168 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Dünya
Hindistanda daşqınlar nəticəsində 14 nəfər öldü

Hindistanın şimal-şərqindəki Assam əyalətində bir həftəyə yaxındır yağan daşqınlarda ölənlərin sayı 14-ə çatıb
Publika.az bu barədə NDTV kanalı məlumat yayıb.
Daha 7 nəfərin itkin düşdüyü bildirilir.
Ümumilikdə əyalətin 700 min sakini təbii fəlakətdən zərər çəkib, 2,2 mindən çox kənd su altında qalıb.
Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir. Bir çox yaşayış məntəqələrinə torpaq yolu ilə daxil olmaq mümkün deyil. İnsanlar müvəqqəti düşərgələrə köçürülür.
Dünya
Ermənistanda 40 min nəfərlik etiraz aksiyası keçirildi

Ermənistan müxalifəti şənbə günü axşam İrəvanda 40 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirir.
Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.
"Ən təvazökar hesablamalara görə, hazırda İrəvanda Milli Müqavimət Hərəkatının mitinqində 40 mindən çox insan iştirak edir. Etirazçıların sayı yeni iştirakçılarla artır", - deyə A.Aşotyan bildirib.
O qeyd edib ki, aksiyanın iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın dərhal istefasını tələb edirlər.
- Siyasət22 May 2022 02:42
Ərdoğan ŞƏRTLƏRİNİ AÇIQLADI: Yalnız bu halda...
- Qoroskop22 May 2022 00:15
Günün ULDUZ FALI: aktual məsələlərin həllini sabaha saxlayın
- Dünya21 May 2022 22:25
Rusiyada gizli səfərbərlik ELAN EDİLDİ - Baş Qərargahdan AÇIQLAMA
- Sosial21 May 2022 19:32
Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu
- Sosial21 May 2022 17:07
Vətəndaşların NƏZƏRİNƏ: sabah pulsuz olacaq
- Maqazin21 May 2022 15:00
Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” - VİDEO
- Hadisə21 May 2022 14:24
Polis hamilə qadını xəstəxanaya belə çatdırdı - VİDEO
- Maqazin21 May 2022 14:15
Cabbarov “Parni iz Baku”nun hədəfində: 2027-ci il... - VİDEO