Brent markalı neftin qiyməti son 7 ilin maksimum göstəricisinə çatdı - Publika.az
Bizi izləyin

Dünya

Brent markalı neftin qiyməti son 7 ilin maksimum göstəricisinə çatdı

Ötən həftənin yekunlarına görə ABŞ-da enerji ehtiyatlarının artımı ilə bağlı rəsmi məlumatların açıqlanmasından sonra neft qiymətlərində artım kəskin sürətlənib.

Publika.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçersləri bir barel üçün 1,81 dollar (2,05%) artaraq 90,01 dollar olub. Brent-in qiyməti 2014-cü il oktyabrın 13-dən bəri ilk dəfə bir barel üçün 90 dolları ötüb.

Nyu-York birjasında (NYMEX) mart ayı üçün WTI fyuçerslərinin dəyəri bu dəfə 1,7 dollar (1,99%) artaraq 87,3 dollar/barelə çatıb. WTI üzrə kotirovka da son 7 ildə maksimumdur.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkədə kommersiya neft ehtiyatları ötən həftə 2,38 milyon barel artaraq 416,19 milyon barrelə çatıb.

Bu arada, əksər analitiklər neftə tələbin daha da artacağını gözləyirlər və bir sıra investisiya bankları, o cümlədən Goldman Sachs bu il Brent neftinin qiymətinin 100 dollar/barelə qədər artacağını proqnozlaşdırır.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

“Meymun çiçəyi” xəstəliyini Rusiya yayıb? - Britaniyadan SENSASİYA

Böyük Britaniyanın “Mirror” nəşri Rusiyanı “meymun çiçəyi” xəstəliyini yaymaqda ittiham edib.

Publika.az xəbər verir ki, materialın müəllifləri Rusiya Federasiyasının “meymun çiçəyi” xəstəliyindən bioloji silah kimi istifadə imkanını nəzərdən keçirdiyini bildiriblər. 

Müəlliflər məqalədə sovet ordusunun keçmiş polkovniki, mikrobioloq Kanatjan Alibekova istinad ediblər. Alibekov “meymun çiçəyi” ilə bağlı təcrübələrin davam etdiyini qeyd edib. Mikrobioloq onu da bildirib ki, Rusiyada bioloji silahların yaradılması üzrə işlər dayandırılmayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada 92 təsdiqlənmiş “meymun çiçəyi”nə yoluxma hadisəsinin olduğu barədə məlumat yayıb. Yoluxan şəxslər haqqında məlumat endemik olmayan 12 ölkədən ötürülüb.

Oxumağa davam et

Dünya

“Azovstal” zavodundan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

“RİA Novosti” dinc ukraynalıların, hərbçilərin və “Azov” batalyonunun üzvlərinin sığındığı Mariupol “Azovstal” zavodunun tunelini lentə alıb.

Publika.azxəbər verir ki, müxbir “Vostok” batalyonunun döyüşçüləri ilə birlikdə zavodun ərazisinə daxil olub.

Kadrlarda zavodun dağıdılmış sexlərindən birinin pəncərələrində qumbaraların olduğu görünür. Görüntülərdə Ukrayna hərbçilərinin və “Azov” döyüşçülərinin saxlandığı tunelin çıxışı da göstərilir. 

“Hələlik içəri keçmək mümkün deyil, hazırda orada minaların olub-olmadığını yoxlamaq və minalardan təmizləmə işləri aparılır”, - deyə qeyd olunub.

Xatırladaq ki, mayın 20- də Rusiya Müdafiə Nazirliyi Mariupol “Azovstal” zavodunun ərazisini nəzarətə götürdüyünü açıqlayıb. “Azov” batalyonunun 2439 üzvü təslim olub.

Oxumağa davam et

Dünya

Zelenski Polşa vətəndaşlarına Ukraynada xüsusi status verəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Polşa vətəndaşlarının xüsusi statusu haqqında qanun layihəsini parlamentə təqdim edəcək. 

Publika.az xəbər verir ki, bu barədə ukraynalı deputat Olqa Sovgirya Teleqram kanalında yazıb.

“Ukrayna Prezidenti yaxın vaxtlarda parlamentə Ukraynada Polşa vətəndaşlarının xüsusi hüquqi statusu haqqında qanun layihəsini təqdim edəcək” - məlumatda deyilir. 

Yeni qanun layihəsi və polyakların imtiyazları ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.

Mayın 6-da Polşa Prezidenti Anjey Duda Polşa ilə Ukrayna arasında artıq sərhədlərin olmayacağına, iki ölkə xalqlarının “bu torpaqda birgə yaşaya biləcəklərinə” ümid etdiyini bildirib.

Bundan əvvəl Zelenski və Ali Radanın deputatları parlamentdə çıxış etməyə gələn Dudanı gurultulu alqışlarla qarşılayıblar. O, Rusiyanın Ukraynaya hücuma başlamasından sonra Ali Radada çıxış edən ilk xarici dövlət başçısıdır.

Oxumağa davam et
Reklam

Gündəm