Ərdoğan: İrana heç bir borcumuz yoxdur - Publika.az
Bizi izləyin

Dünya

Ərdoğan: İrana heç bir borcumuz yoxdur

"Bizim təbii qazla bağlı İrana heç bir borcumuz yoxdur, əksinə, bu iddialar yalandır. Təbii qaz idxalını müzakirə edirik və bu qısa müddət ərzində həll olunacaq".

Publika.azxəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan təbii qaz axınının idxalının dayandırılması barədə danışarkən deyib.

Türkiyə Prezidenti qeyd edib ki, 2021-ci ildə vətəndaşların elektrik enerjisinə görə 50/100, təbii qaza görə isə 75/100% subsidiya verilib. “Oxşar subsidiyalar 2022-ci ildə də davam edəcək", - Prezident qeyd edib.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Zelenskidən yalnız bu kəlməni eşitməyi xəyal edirəm - Ukraynanın birinci xanımı

Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşı, Prezident Vladimir Zelenski ilə birlikdə müsahibə verərək Ukraynada müharibə başlayandan bəri həyat yoldaşını demək olar ki, görmədiyini söyləyib.

Publika.az xəbər verir ki, Zelenskayanın sözlərinə görə, fevralın 24-də o, pəncərədən kənarda gələn qəribə səslərdən oyanıb. 

“Gözlərini açanda Zelenskini yaxınlıqda görmədim. Onu qonşu otaqda tapdım və orada ondan dəhşətli sözlər eşitdim. Dedi ki, “Başladı”. Həmin andan bəri ondan hər bir ukraynalı üçün çox vacib olan yalnız bu kəlməni - “Hər şey bitdi” deməsini eşitməyi xəyal edirəm” - Ukraynanın birinci xanımı qeyd edib.

“Mən onun bunu mənə deyəcəyini gözləməklə yaşayıram. Başa düşürəm ki, o, bunu deyəcək ilk şəxs olmayacaq, amma ən azı televiziyada eşitmək istəyirəm”, - Yelena Zelenskaya qeyd edib.

Oxumağa davam et

Dünya

Estoniyada sovet əsgərlərinin abidəsi təhqir olundu - FOTO

Estoniyada sovet əsgərlərinin abidəsi təhqir olunub. 

Publika.az-ın məlumatına görə, qeyd olunur ki, Vizuda yerləşən memorialın üzərinə qara və qırmızı boya çəkiblər. 

Bildirilib ki, bu rənglər “Ukrayna Üsyan Ordusu”nun bayrağının rənginə uyğun gəlir. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra son aylar Baltikyanı ölkələrdə mütəmadi olaraq sovet əsgərlərinin abidələrinin təhqir edilməsi halları baş verir. Üstəlik, mayın 17-də Estoniyada yerli qəbiristanlıqların birində memorial yoxa çıxıb.

Bundan əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko Rusiyanın bu dövlətlərlə sərhədində Baltikyanı ölkələrdən sovet abidələrinin qoyulmasını təklif edib.

Oxumağa davam et

Dünya

Simonyandan ŞOK SÖZLƏR: Müharibə belə aparılmır, saatlar ərzində Ukraynanı...

“Biz istəsək, Ukrayna təkcə günlərlə deyil, həm də saatlar ərzində məşğul ola bilməzdikmi? Amma biz xüsusi hərbi əməliyyat aparırıq, ona görə də bu, müharibə deyil, əməliyyatdır”.

Publika.az xəbər verir ki, bu sözləri RT (keçmiş “Russia Today”) telekanalı və “Sputnik” xəbər agentliyinin baş redaktoru Marqarita Simonyan “Rossiya 1” telekanalının efirində deyib.

O bildirib ki, müharibə belə aparılmır, buna görə də bu, xüsusi əməliyyat adlanmalıdır.

Ukrayna mediası Simonyanın bu çıxışını “Marqarita Rusiya Federasiyasının Ukraynadakı uğursuzluqlarına bəhanələr tapıb” deyə şərh ediblər.

Oxumağa davam et
Reklam

Gündəm