Türkiyənin məşhur aktrisasının əri öldürüldü - Publika.az
Bizi izləyin

Dünya

Türkiyənin məşhur aktrisasının əri öldürüldü - FOTO

Türkiyənin məşhur aktrisası və aparıcısı Ece Erkenin əri, vəkil Şafak Mahmutyazıcıoğlu öldürülüb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında İstanbulun Bakırköy rayonunda qeydə alınıb. 

Belə ki, Şafak Mahmutyazıcıoğlu restoranların birində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. 

Xəstəxanaya çatdırılan Mahmutyazıcıoğlunun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisə zamanı vəkilin sürücüsü də yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.

  • Türkiyənin məşhur aktrisasının əri öldürüldü - FOTO

  • Türkiyənin məşhur aktrisasının əri öldürüldü - FOTO

  • Türkiyənin məşhur aktrisasının əri öldürüldü - FOTO

  • Türkiyənin məşhur aktrisasının əri öldürüldü - FOTO

  • Türkiyənin məşhur aktrisasının əri öldürüldü - FOTO

Publika.az
Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Zelenskidən yalnız bu kəlməni eşitməyi xəyal edirəm - Ukraynanın birinci xanımı

Ukraynanın birinci xanımı Yelena Zelenskaya həyat yoldaşı, Prezident Vladimir Zelenski ilə birlikdə müsahibə verərək Ukraynada müharibə başlayandan bəri həyat yoldaşını demək olar ki, görmədiyini söyləyib.

Publika.az xəbər verir ki, Zelenskayanın sözlərinə görə, fevralın 24-də o, pəncərədən kənarda gələn qəribə səslərdən oyanıb. 

“Gözlərini açanda Zelenskini yaxınlıqda görmədim. Onu qonşu otaqda tapdım və orada ondan dəhşətli sözlər eşitdim. Dedi ki, “Başladı”. Həmin andan bəri ondan hər bir ukraynalı üçün çox vacib olan yalnız bu kəlməni - “Hər şey bitdi” deməsini eşitməyi xəyal edirəm” - Ukraynanın birinci xanımı qeyd edib.

“Mən onun bunu mənə deyəcəyini gözləməklə yaşayıram. Başa düşürəm ki, o, bunu deyəcək ilk şəxs olmayacaq, amma ən azı televiziyada eşitmək istəyirəm”, - Yelena Zelenskaya qeyd edib.

Oxumağa davam et

Dünya

Estoniyada sovet əsgərlərinin abidəsi təhqir olundu - FOTO

Estoniyada sovet əsgərlərinin abidəsi təhqir olunub. 

Publika.az-ın məlumatına görə, qeyd olunur ki, Vizuda yerləşən memorialın üzərinə qara və qırmızı boya çəkiblər. 

Bildirilib ki, bu rənglər “Ukrayna Üsyan Ordusu”nun bayrağının rənginə uyğun gəlir. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra son aylar Baltikyanı ölkələrdə mütəmadi olaraq sovet əsgərlərinin abidələrinin təhqir edilməsi halları baş verir. Üstəlik, mayın 17-də Estoniyada yerli qəbiristanlıqların birində memorial yoxa çıxıb.

Bundan əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko Rusiyanın bu dövlətlərlə sərhədində Baltikyanı ölkələrdən sovet abidələrinin qoyulmasını təklif edib.

Oxumağa davam et

Dünya

Simonyandan ŞOK SÖZLƏR: Müharibə belə aparılmır, saatlar ərzində Ukraynanı...

“Biz istəsək, Ukrayna təkcə günlərlə deyil, həm də saatlar ərzində məşğul ola bilməzdikmi? Amma biz xüsusi hərbi əməliyyat aparırıq, ona görə də bu, müharibə deyil, əməliyyatdır”.

Publika.az xəbər verir ki, bu sözləri RT (keçmiş “Russia Today”) telekanalı və “Sputnik” xəbər agentliyinin baş redaktoru Marqarita Simonyan “Rossiya 1” telekanalının efirində deyib.

O bildirib ki, müharibə belə aparılmır, buna görə də bu, xüsusi əməliyyat adlanmalıdır.

Ukrayna mediası Simonyanın bu çıxışını “Marqarita Rusiya Federasiyasının Ukraynadakı uğursuzluqlarına bəhanələr tapıb” deyə şərh ediblər.

Oxumağa davam et
Reklam

Gündəm