İsrail Azərbaycan əsilli veteranı qəhrəman elan etdi - Publika.az
Bizi izləyin

Dünya

İsrail Azərbaycan əsilli veteranı qəhrəman elan etdi - FOTO

Bir zamanlar Azərbaycanda yaşayaraq sonradan İsrailə köçmüş İkinci Dünya müharibəsi veteranı Giorgi Ginzburq bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən antifaşist döyüşçü kimi tanınıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, o, müharibə zamanı sovet ordusu sıralarında bir sıra qəhrəmanlıqlar göstərib. Giorgi Ginzburq İkinci Dünya Müharibəsi qəhrəmanı kimi tanınıb və bir sıra imtiyazlar əldə edib.

103 yaşlı Giorgi Ginzburg ötən əsrin 90-cı illərinin sonlarına qədər Azərbaycanda yaşayıb. Sonra isə İsrailə köçüb. Ginzburq İsraildə 30 ildən çox yaşasa da, bu yaxınlarda II Dünya Müharibəsi veteranlarına verilən “Nasistlərə qarşı döyüşçü” medalı üçün müraciət edib.

“Ginzburq Azərbaycandan İsrailə gəlsə də, müharibə zamanı sovet ordusunun tərkibində döyüşsə də, İsraildə İkinci Dünya Müharibəsi qəhrəmanı kimi qəbul olunaraq bir sıra imtiyazlara malik olacaq”, İsrail mətbuatı vurğulayıb.

Yerli mətbuat həmçinin qeyd edib ki, Ginzburqun sıralarında cəsarətlə döyüşdüyü ordu Avropa döyüş meydanında müttəfiqlərin ən böyük quru qüvvələrinin qələbəsini və Almaniyanın paytaxtı Berlini ələ keçirilməsini təmin edib.

İsrailin Ədliyyə Nazirliyi bildirib II Dünya Müharibəsi zamanı Sovet ordusu sıralarında bütün Avropada döyüşən, 1990-cı illərdə Azərbaycandan İsrailə mühacirət edən 103 yaşlı Giorgi Ginzburg bu yaxınlarda öz hüquqlarının bərpası üçün nazirliyə müraciət edərək hüquqi yardım istəyib. O, aylıq müavinət və əlavə ödənişlər almaq hüququ qazanıb.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Jirinovskinin yerini bu siyasətçi tutdu - RƏSMİ

Qalmaqallı açıqlamalara ilə tanınan Vladimir Jirinovskinin ölümündə sonra qurucusu olduğu Rusiya Liberal Demokratik Partiyasına (RLDP) yeni sədr seçilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, RLDP-nin yeni sədri Leonid Slutski olub.

Səsvermə zamanı 86 nəfər Slutskinin lehinə səs verib. Onun alternativi olmayıb.

Oxumağa davam et

Dünya

Avropanı bölən yeni ittifaq planı: Ukrayna və Türkiyə...

Böyük Britaniya Rusiyanı milli təhlükə olaraq görən ölkələrdən yeni ittifaq yaratmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della sera” nəşri məlumat yayıb.

Nəşr yeni ittifaqın Avropa İttifaqına qarşı olacağını iddia edir.

“Conson Avropa İttifaqına alternativ olan siyasi, iqtisadi və hərbi ittifaq sistemini təklif edir. Bura Brüsselə etibar etməyən və Rusiya təhlükəsi ilə üzləşən ölkələr daxil olacaq. Britaniyanın baş naziri bu ideyanı aprelin 9-da Kiyevdə Zelenskiyə təqdim edib. İngiltərə bu ittifaqa Ukrayna, Polşa, Estoniya, Latviya və Litvanı, sonrakı mərhələ isə bəlkə Türkiyəni də daxil etmək istəyir”, - məqalədə deyilir.

Nəşr bildirir ki, Ukrayna hakimiyyəti Londonun təşəbbüsünə konkret cavab verməyib, lakin bundan imtina da etməyib: “Zelenski iyunun 23-də Ukraynanın Aİ-yə namizədliyinin həll olunacağı sammiti gözləyir. Cavab mənfi olarsa, Ukrayna prezidenti Consonun alternativini ciddi qəbul edə bilər. Lakin o da istisna deyil ki, Britaniyanın yeni ittifaq ideyası Qərb siyasətçilərinə təzyiq göstərmək məqsədi də daşıya bilər. Çünki Britaniyanın özü Ukraynanı maliyyə cəhətdən dəstəkləmək imkanına malik deyil”.

Oxumağa davam et

Dünya

ABŞ-dan Ukraynaya qadağa: Rusiyanı vurmayın

ABŞ Ukraynaya verdiyi silahlardan Rusiyanın atəşə tutulmasından narahatdır.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” Vaşinqtondakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ağ Ev Kiyevə bununla bağlı xəbərdarlıq edib.

“Bizim eskalasiyanın böyüyəcəyi ilə bağlı narahatlığımız var. Məhdudiyyətlər qoymaq arzusunda deyilik, lakin Ukraynaya onlara verilən Amerika silahlarından Rusiyanın sərhəd bölgələrini hədəfə almamaq barədə xəbərdarlıq edilib”, - mənbə bildirib.

Oxumağa davam et
Reklam

Gündəm