Qırğız-tacik savaşı yenidən qızışır - 11 min nəfər... - Publika.az
Bizi izləyin

Dünya

Qırğız-tacik savaşı yenidən qızışır - 11 min nəfər...

Qırğızıstan Tacikistanla sərhəddəki münaqişə zonasından 11 mindən çox insanı təxliyə edib.

Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Batken rayonundan 11 052 vətəndaş təxliyə edilib. Onlardan 10 410 nəfər təhlükəsiz ərazilərə, 642 nəfər isə müvəqqəti məskunlaşma məntəqələrinə köçürülüb.

Gecə saatlarında Qırğızıstanın Sərhəd Xidməti Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışmanın başladığını açıqlayıb. Məlumata görə, Tacikistan tərəfi qumbaraatanlardan və minaatanlardan istifadə edib. Münaqişəyə səbəb Qırğızıstanın İsfana və Batken şəhərlərini birləşdirən avtomobil yolunun tacik hərbçiləri tərəfindən bağlanması olub. Toqquşmalar bir neçə saat davam edib. Gecə saatlarında iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra atəşkəs əldə olunub.

Qırğızıstan və Tacikistan sərhədi vaxtaşırı yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Buna səbəb dövlətlər arasında mübahisəli ərazilərdir.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Filippində güclü zəlzələ

Mayın 22-də Filippində 5,8 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentrinin paytaxt Maniladan cənubda yerləşən Nasuqbu yaşayış məntəqəsindən 7 kilometr cənub-şərqdə, ocağının isə 168 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Oxumağa davam et

Dünya

Hindistanda daşqınlar nəticəsində 14 nəfər öldü

Hindistanın şimal-şərqindəki Assam əyalətində bir həftəyə yaxındır yağan daşqınlarda ölənlərin sayı 14-ə çatıb

Publika.az bu barədə NDTV kanalı məlumat yayıb.

Daha 7 nəfərin itkin düşdüyü bildirilir.

Ümumilikdə əyalətin 700 min sakini təbii fəlakətdən zərər çəkib, 2,2 mindən çox kənd su altında qalıb.

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir. Bir çox yaşayış məntəqələrinə torpaq yolu ilə daxil olmaq mümkün deyil. İnsanlar müvəqqəti düşərgələrə köçürülür.

Oxumağa davam et

Dünya

Ermənistanda 40 min nəfərlik etiraz aksiyası keçirildi

Ermənistan müxalifəti şənbə günü axşam İrəvanda 40 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirir.

Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

"Ən təvazökar hesablamalara görə, hazırda İrəvanda Milli Müqavimət Hərəkatının mitinqində 40 mindən çox insan iştirak edir. Etirazçıların sayı yeni iştirakçılarla artır", - deyə A.Aşotyan bildirib.

O qeyd edib ki, aksiyanın iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın dərhal istefasını tələb edirlər.

Oxumağa davam et
Reklam

Gündəm