Rusiya Qara dənizdəki gəmilərini GERİ ÇƏKDİ - Publika.az
Bizi izləyin

Dünya

Rusiya Qara dənizdəki gəmilərini GERİ ÇƏKDİ

Rusiya Qara Dəniz Donanmasının komandanlığı gəmilərin böyük əksəriyyətini Ukrayna sahillərindən yayındırıb.

Publika.az "Suspilne"a istinadla xəbər verir ki, bu barədə "Cənub" əməliyyat komandanlığının mətbuat katibi Vladislav Nəzərov məlumat verib.

"Düşmən qüvvələrinin gəmi qrupu iki gəmini patrula qoydu. Qalanları Krımdakı bazalarda qüvvələr və ehtiyatları bərpa edir", - o yazıb.

O qeyd edib ki, bu, raket hücumu təhlükəsini azaltmır.

Mətbuat katibinin sözlərinə görə, hazırda Rusiya Zaporojye və Xersonda aktiv deyil.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

“Meymun çiçəyi” xəstəliyini Rusiya yayıb? - Britaniyadan SENSASİYA

Böyük Britaniyanın “Mirror” nəşri Rusiyanı “meymun çiçəyi” xəstəliyini yaymaqda ittiham edib.

Publika.az xəbər verir ki, materialın müəllifləri Rusiya Federasiyasının “meymun çiçəyi” xəstəliyindən bioloji silah kimi istifadə imkanını nəzərdən keçirdiyini bildiriblər. 

Müəlliflər məqalədə sovet ordusunun keçmiş polkovniki, mikrobioloq Kanatjan Alibekova istinad ediblər. Alibekov “meymun çiçəyi” ilə bağlı təcrübələrin davam etdiyini qeyd edib. Mikrobioloq onu da bildirib ki, Rusiyada bioloji silahların yaradılması üzrə işlər dayandırılmayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada 92 təsdiqlənmiş “meymun çiçəyi”nə yoluxma hadisəsinin olduğu barədə məlumat yayıb. Yoluxan şəxslər haqqında məlumat endemik olmayan 12 ölkədən ötürülüb.

Oxumağa davam et

Dünya

“Azovstal” zavodundan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

“RİA Novosti” dinc ukraynalıların, hərbçilərin və “Azov” batalyonunun üzvlərinin sığındığı Mariupol “Azovstal” zavodunun tunelini lentə alıb.

Publika.azxəbər verir ki, müxbir “Vostok” batalyonunun döyüşçüləri ilə birlikdə zavodun ərazisinə daxil olub.

Kadrlarda zavodun dağıdılmış sexlərindən birinin pəncərələrində qumbaraların olduğu görünür. Görüntülərdə Ukrayna hərbçilərinin və “Azov” döyüşçülərinin saxlandığı tunelin çıxışı da göstərilir. 

“Hələlik içəri keçmək mümkün deyil, hazırda orada minaların olub-olmadığını yoxlamaq və minalardan təmizləmə işləri aparılır”, - deyə qeyd olunub.

Xatırladaq ki, mayın 20- də Rusiya Müdafiə Nazirliyi Mariupol “Azovstal” zavodunun ərazisini nəzarətə götürdüyünü açıqlayıb. “Azov” batalyonunun 2439 üzvü təslim olub.

Oxumağa davam et

Dünya

Zelenski Polşa vətəndaşlarına Ukraynada xüsusi status verəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Polşa vətəndaşlarının xüsusi statusu haqqında qanun layihəsini parlamentə təqdim edəcək. 

Publika.az xəbər verir ki, bu barədə ukraynalı deputat Olqa Sovgirya Teleqram kanalında yazıb.

“Ukrayna Prezidenti yaxın vaxtlarda parlamentə Ukraynada Polşa vətəndaşlarının xüsusi hüquqi statusu haqqında qanun layihəsini təqdim edəcək” - məlumatda deyilir. 

Yeni qanun layihəsi və polyakların imtiyazları ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.

Mayın 6-da Polşa Prezidenti Anjey Duda Polşa ilə Ukrayna arasında artıq sərhədlərin olmayacağına, iki ölkə xalqlarının “bu torpaqda birgə yaşaya biləcəklərinə” ümid etdiyini bildirib.

Bundan əvvəl Zelenski və Ali Radanın deputatları parlamentdə çıxış etməyə gələn Dudanı gurultulu alqışlarla qarşılayıblar. O, Rusiyanın Ukraynaya hücuma başlamasından sonra Ali Radada çıxış edən ilk xarici dövlət başçısıdır.

Oxumağa davam et
Reklam

Gündəm