Ölkədə faktiki hava durumu açıqlandı - Publika.az
Bizi izləyin

Ekologiya

Ölkədə faktiki hava durumu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 07-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində axşam saatlarından başlayaraq şimal-qərb küləyi güclənib, bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, düşən yağışın miqdarı Lənkəranda 30.0 mm, Qubada 14.0 mm, Qusarda 13.0 mm, Astarada 12.0 mm, Lerikdə 6.0 mm, Balakən, Yardımlıda 3.0 mm, Göytəpədə 2.0 mm, Şəki, Zaqatala, Kişçay (Şəki), Şabran, Altıağac, İsmayıllı, Xaltan, Qrızda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Biləsuvar, Neftçalada 20 m/s, Şirvan, Şabran, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağada 25 m/s, Pirallahı, Çilov adası, Neft Daşlarında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Sentyabrın 6-da Bakıda iqlim normasından 1.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30°-dək isti, aran rayonlarında 33°-dək isti, dağlıq rayonlarda 22°-dək isti, Naxçıvan MR-da 33°-dək isti olub.

Rəylər
Oxumağa davam et
Reklam

Ekologiya

Azərbaycanda vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI - FOTO/RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomat silahla fotosu yayılan vəzifəli şəxsləri ilə bağlı qərar verilib.

Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən azad olunub. Müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Nazirlik rəsmisi əlavə edib ki, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə cərimə ediliblər. ("Qafqazinfo")

Oxumağa davam et

Ekologiya

Azərbaycana qış fəsli daxil oldu

Azərbaycana qış fəsli daxil olub.

Publika.az xəbər verir ki, qış fəsli ölkəmizə Bakı vaxtı ilə saat saat 19:59:00-da qədəm qoyub.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 san olacaq.

Oxumağa davam et

Ekologiya

Temperatur 10 dərəcə enir: 25 dekabradək... - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, şimal-qərb küləyi dekabrın 23-də 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i axşamdan dekabrın 24-ü axşamadək ölkə ərazisində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Oxumağa davam et
Reklam

Gündəm