Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatdı - Publika.az
Bizi izləyin

Ekologiya

Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, küləyin maksimal sürəti Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında Bakıda 28 m/s, Qum adasında 25 m/s, Pirallahı, Maştağada 23 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s, Binədə 18 m/s, Sumqayıtda 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Hava şəraiti yağmursuz keçib, lakin gündüz saatlarından bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

18-i gündüz yağıntının tədricən kəsiləcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Rəylər
Oxumağa davam et
Reklam

Ekologiya

Azərbaycanda vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI - FOTO/RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomat silahla fotosu yayılan vəzifəli şəxsləri ilə bağlı qərar verilib.

Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən azad olunub. Müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Nazirlik rəsmisi əlavə edib ki, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə cərimə ediliblər. ("Qafqazinfo")

Oxumağa davam et

Ekologiya

Azərbaycana qış fəsli daxil oldu

Azərbaycana qış fəsli daxil olub.

Publika.az xəbər verir ki, qış fəsli ölkəmizə Bakı vaxtı ilə saat saat 19:59:00-da qədəm qoyub.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 san olacaq.

Oxumağa davam et

Ekologiya

Temperatur 10 dərəcə enir: 25 dekabradək... - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, şimal-qərb küləyi dekabrın 23-də 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i axşamdan dekabrın 24-ü axşamadək ölkə ərazisində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Oxumağa davam et
Reklam

Gündəm