Ekologiya
Balakən və Zaqatalada daşqın, sel oldu - FAKTİKİ HAVA

Sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, güclü yağış nəticəsində Balakənçay ( Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala ) hazırda sel və daşqın hadisəsi müşahidə olunur.
Balakənçay məntəqəsində 144.0 mm, Balakəndə 137.0 mm (aylıq normanın 161 %-i), Əlibəydə 12.0 mm (aylıq normanın 100%-i), Zaqatalada 94.0 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3.0 mm, Qusar, Göygöldə 2.0 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1.0 mm-dək olub.
Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.
Ekologiya
Azərbaycanda vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI - FOTO/RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomat silahla fotosu yayılan vəzifəli şəxsləri ilə bağlı qərar verilib.
Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən azad olunub. Müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Nazirlik rəsmisi əlavə edib ki, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə cərimə ediliblər. ("Qafqazinfo")
Ekologiya
Azərbaycana qış fəsli daxil oldu

Azərbaycana qış fəsli daxil olub.
Publika.az xəbər verir ki, qış fəsli ölkəmizə Bakı vaxtı ilə saat saat 19:59:00-da qədəm qoyub.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 san olacaq.
Ekologiya
Temperatur 10 dərəcə enir: 25 dekabradək... - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, şimal-qərb küləyi dekabrın 23-də 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i axşamdan dekabrın 24-ü axşamadək ölkə ərazisində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
- Hadisə27 May 2022 23:49
Ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə kimdir?: "Anam məndən tələb etdi ki..." - VİDEO
- Dünya27 May 2022 23:24
Rusların komanda məntəqəsi VURULDU: 20-dən çox yüksək rütbəli zabit...
- Sosial27 May 2022 23:10
Bu gün vəfat edən əsgərimiz evin tək oğlu imiş
- İdman27 May 2022 22:21
Azərbaycan Kubokunun qalibi məlum oldu - VİDEO - YENİLƏNDİ
- Siyasət27 May 2022 22:11
Ərdoğan sabah Azərbaycana səfər edəcək
- Dünya27 May 2022 21:37
Fars körfəzidə GƏRGİNLİK: SEPAH iki yunan tankerini ƏLƏ KEÇİRDİ
- Siyasət27 May 2022 21:15
Şahbaz Şərif: "Azərbaycanı dəstəkləməkdən qürur duyuruq"
- Hadisə27 May 2022 21:00
Bərdədə DƏHŞƏT: qızının toyu günü evi yanıb KÜLƏ DÖNDÜ