Azərbaycanda bu ərazilərə qar yağdı - FAKTİKİ HAVA - Publika.az
Bizi izləyin

Ekologiya

Azərbaycanda bu ərazilərə qar yağdı - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 26-sı saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, düşən yağışın miqdarı:

Qrız Qudyalçayda 26.0 mm, Vəlvələçay Təngəaltıda 20.0 mm, Şabran Gilgilçayda 13.0 mm, İsmayıllıda 11.0 mm, Şabranda 10.0 mm, Altıağacda 9.0 mm, Gədəbəy, Xaltanda 8.0 mm, Ləzədə 7.0 mm, Qubada 6.0 mm, Xarmidorçay Xaltanda 5.0 mm, Nabran, Daşkəsən, Qəbələdə 4.0 mm, İsmayıllı, Şamaxı, Göyçay, Qusarda 3.0 mm, Qudyalçay Xınalıq, Kürdəmir, Xaçmaz, Qobustanda 2.0 mm, Şəki, Göygöl, Oğuz, Kişçay (Şəki), Tərtər, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 21.0 mm (aylıq normanın 93%-i), Bakıda 12.0 mm (aylıq normanın 70%-i), Sumqayıtda 8.0 mm (aylıq normanın 44%-i), Pirallahıda 6.0 mm (aylıq normanın 41%-i) olub.

Yağan yağış nəticəsində Şabran-Gilgilçay və Xarmidorçay Xaltan məntəqəsində sululuq artıb.

Qar örtüyünün hündürlüyü:

Qar örtüyü əmələ gəlmiş, Qudyalçay Xınalıq, Ləzə məntəqələrində, Gədəbəyin yüksəkliklərinə, Kəpəz və Qoşqar dağlarına, Şahdağa ilk qar yağıb. Şahdağda qarın hündürlüyü 1 sm -ə çatıb.

Külək:

Şimal-qərb küləyi arabir Tərtərdə 28 m/s, Ağdamda 26 m/s, Gəncədə 25 m/s, Beyləqan, Göyçay, Naftalanda 24 m/s, Xınalıq, Daşkəsəndə 23 m/s, Bərdə, Xaçmazda 22 m/s, Nabran, Tovuz, Yevlaxda 20 m/s, Mingəçevirdə 18 m/s, Sabirabadda 17 m/s, Lənkəran, Xaltan, Şəkidə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 32 m/s, Maştağada 28 m/s, Çilov adasında 27 m/s, Bakı, Pirallahıda 25 m/s, Qum adasında 20 m/s, Sumqayıtda 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Qeyd: ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək. 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, 27-si əsasən yağmursuz keçəcəyi gözlənilir.

Rəylər
Oxumağa davam et
Reklam

Ekologiya

Azərbaycanda vəzifəli şəxslər İŞDƏN ÇIXARILDI - FOTO/RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomat silahla fotosu yayılan vəzifəli şəxsləri ilə bağlı qərar verilib.

Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən azad olunub. Müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Nazirlik rəsmisi əlavə edib ki, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə cərimə ediliblər. ("Qafqazinfo")

Oxumağa davam et

Ekologiya

Azərbaycana qış fəsli daxil oldu

Azərbaycana qış fəsli daxil olub.

Publika.az xəbər verir ki, qış fəsli ölkəmizə Bakı vaxtı ilə saat saat 19:59:00-da qədəm qoyub.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 san olacaq.

Oxumağa davam et

Ekologiya

Temperatur 10 dərəcə enir: 25 dekabradək... - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, şimal-qərb küləyi dekabrın 23-də 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i axşamdan dekabrın 24-ü axşamadək ölkə ərazisində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Oxumağa davam et
Reklam

Gündəm