Məktəb direktoru müəllimdən 7 min manat aldı - Cinayət işi açıldı - Publika.az
Bizi izləyin

Elm və təhsil

Məktəb direktoru müəllimdən 7 min manat aldı - Cinayət işi açıldı

Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət alması ilə bağlı məlumatlar dərc olunub.

Publika.az Abşeron rayon Prokurorluğuna istinadən xəbər verir ki, daxil olmuş müraciət əsasında aparılmış ilkin yoxlama zamanı müəyyən edilib ki, 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq edib.
Qeyd edilən fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi təmin ediləcək.

Rəylər
Oxumağa davam et
Reklam

Elm və təhsil

Elektrik verilişi kəsildi, dərslər yarımçıq saxlanıldı - GƏNCƏDƏ - YENİLƏNDİ

İşığı kəsilən məktəbin elektrik enerjisi bərpa olundu Elektrik enerjisi kəsilən Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbə elektrik enerjisinin verilişi bərpa olunub.

Bu barədə Publika.az-ın yerli bürosuna Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib.

Onun sözlərinə görə, hazırda məktəb elektrik enerjisi ilə təmin edilir. "Məktəbə elektrik enerjisi verilən yarımstansiyada yaranan nasazlıq aradan qaldırılıb, təmir işləri aparılıb və elektrik enerjisinin verlişi bərpa olunub. Sössüz ki, şagirdləri bu gün məktəbə qaytarmaq mümkün olmadığından sözügedən məktəbdə tədris bu gün dayandırılıb, sabahdan tədris yenidən bərpa ediləcək"- deyə A.Qədiməliyev vurğulayıb.

*****

10:03

Azərbaycanın bu məktəbində elektrik enerjisi kəsildi, dərslər təxirə salındı Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbində dərslər təxirə salınıb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, dərslərin təxirə salınmasına səbəb məktəbdə elektrik enerjisi kəsilməsidir.

Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev məsələ ilə bağlı Publika.az-ın yerli bürosuna bildirib ki, məktəbə gələn elektrik xətində nasazlıq yaranıb, məktəbin alternativ elektrik xətti olmadığı üçün direktor dərsləri bir günlük təxirə salınıb. "Hazırda məktəbdə elektrik enerjisinin bərpa olunması istiqamətində iş gedir" deyə A.Qədiməliyev qeyd edib.

Oxumağa davam et

Elm və təhsil

Tarix fənninə bu dəyişikliklər edildi

Dövlət İmtahan Mərkəzi Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair yenilənmiş məqaləni təqdim edib.

DİM-dən Publika.az-a bildirilib ki, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilmiş, həmçinin Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz. Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş hadisələrin çoxu yeni redaktədə nəzərə alınıb. Xatırladaq ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzu haqqında istifadədə olan dərsliklərdən bilgilər almayıblar. Mövzunun vacibliyi nəzərə alınaraq, 2022-ci ildə də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.

Oxumağa davam et

Elm və təhsil

Uşaq bağçalarına işə qəbul test imtahanı ilə olacaq

"Dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) tədris aparacaq şəxslərin işə qəbulu müəllimlərin işə qəbulu üzrə tətbiq olunan oxşar prinsiplə həyata keçiriləcək".

Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, həmin müəllimlərin və ya tərbiyəçilərin müxtəlif ixtisasartırma kurslarına cəlbi də mümkündür: "Məzmun dəyişiklikləri də olmalıdır".

Nazir bağçaların sayının artırılmasını vacib sayır: "Amma bu, dayanıqlı sistem əsasında formalaşmalıdır. Biz bu sistemdən uzaqdayıq. Buna zaman lazımdır".

Qeyd edək ki, məktəb müəllimlərinin işə qəbulu imtahan vasitəsilə həyata keçirilir.

Oxumağa davam et
Reklam

Gündəm