Azərbaycanda mənzillərin qiyməti bahalaşdı - Publika.az
Bizi izləyin

Əmlak

Azərbaycanda mənzillərin qiyməti bahalaşdı

Ötən ay təkrar mənzil bazarında bir mənzilin orta qiyməti oktyabrla müqayisədə 1,74% artaraq 144 604 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə satışa çıxarılan təkrar mənzillərdə 21,29% azalma müşahidə olunub.

Bunu Publika.az-a “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, noyabrda ilkin mənzil bazarında mənzilin bir kvadratmetri 1394 manata satılıb: “Bu isə oktyabrla müqayisədə 3,95% artım deməkdir. Yeni mənzillərin orta qiyməti oktyabr ayına nisbətdə 0,38% artaraq 176 334 manat olub. Bahalı mənzillərə gəlincə, təkrar mənzil bazarındakı ən bahalı mənzillərin bir kvadratmetrinin orta qiyməti 2999 manat, ilkin mənzil bazarında isə 2261 manat olub”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, son 1 ayda mənzil bazarında qiymətlərin stabilləşməsi müşahidə olunur: “Göstəricilərə diqqət yetirsək görərik ki, mənzil bazarında ciddi dəyişiklik qeydə alınmayıb. Belə ki, əvvəlki dövrlərdə biz daha çox artıma istiqamətlənən tendensiyaları müşahidə edirdik. Ancaq son 1 ayda bu proses dayanıb və daha çox qiymətlərin stabilləşməsi müşahidə olunur. Digər seqmentlərdə də vəziyyət mənzil bazarına oxşardır. Ancaq mənzil bazarında bu proses daha tez və qabarıq şəkildə özünü göstərir. Bazarın müəyyən iştirakçıları bazardakı aktivliyi tam olmasa da, qismən qoruyub saxlaya bilirlər”.

Ekspert qeyd edib ki, mənzil bazarı üçün orta qiymət bu gün əhəmiyyətli bir dəyişikliyə gətirmir: “Məsələn, bu gün mənzil bazarında mənzilin bir kvadratmetrinin orta qiyməti 1743 manatdırsa, şəhərin elə hissələri var ki, orada mənzilin bir kvadratmetri qeyd olunan bu orta qiymətdən iki və daha çox dəfə yüksəkdir. Eyni zamanda bəzi ərazilərdə bundan aşağıdır. Orta qiymət bəzən bazarı tam olaraq təhlil etməyə imkan vermir. Amma buna baxmayaraq, deyə bilərik ki, bütün göstəricilərdə zaman-zaman dəyişmələr, artımlar daha çox orta qiymətlərə təsir göstərir. Qiymət artdıqca təbii olaraq orta qiymət də dəyişir”.

R.Osmanlı əlavə edib ki, növbəti ildən daşınmaz əmlak bazarında, o cümlədən mənzil bazarında daha yeni tendensiyaları müşahidə edəcəyik.

Akqabay Mıradov

Rəylər
Oxumağa davam et
Reklam

Əmlak

Sərfəli qiymətə mənzil almaq istəyənlərə “Modern Park”da BÖYÜK İMKAN - FOTO/VİDEO

“Modern Park” müasir standartlara cavab verən yaşayış kompleksidir. 

Kompleks Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Abay Kunanbayev küç. 135a ünvanında (keçmiş ABU-nun yaxınlığı) - “Azadlıq Prospekti” m/st-na 800 m, “Dərnəgül” m/st-na 900 m, avtobus dayanacağına 100 m, məktəb, uşaq bağçası və ticarət obyektlərinə 150 m məsafədə yerləşir.

Kompleksin tikinti parametrləri:

Kompleksin ümumi sahəsi 1,03 hektardır. (tikinti sahəsi - 20%, həyətyanı sahə - 8000 m²);

Mənzillər 1, 2 və 3 otaqlıdır, təmirsizdir;

Bina 3 blokdan ibarətdir: 2 blok - hər biri 15 mərtəbə, 1 blok isə - 17 mərtəbə;

Kompleksdən mənzilləri aşağıdakı qiymətlərlə əldə edə bilərsiniz:

Qiymətlər 1150 AZN-dən başlayır;

İlkin ödəniş 30% olmaqla 36 aya qədər faizsiz daxili kredit imkanları mövcuddur;

1m2 - 1150 man tam ödəniş

1 m2 - 1250 man, 30 faiz ilkin ödəniş şərti ilə 36 ayadək ödəmə imkanı

İnfrastruktur cəhətdən üstünlükləri:

Bina istifadəyə verildikdə daimi qaz, su, işıq və çıxarış ilə təmin olunacaq;

Bina 2 mərtəbəli yeraltı avtomobil dayanacağına, qapalı və 24 saat mühafizə olunan geniş həyətyanı sahəyə, sakinlər üçün gəzinti və velosiped zolaqlarına, uşaqların əyləncəsi üçün stadiona və digər üstünlüklərə malik olacaq;

Hazırda B və C bloklarının tikintisinə başlanılıb, 6 ay sonra A blokunun tikintisinə başlanılacaq. B və C blokları 24 aya, A bloku 30 aya təhvil veriləcək. A bloku 17 mərtəbə, B və C blokları isə 15 mərtəbədir.

Bu kompleksdə sizin də mənzilinizin olmasını istəyirsinizsə, satış ofisinə yaxınlaşmağınız kifayətdir. Və ya, sadəcə aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

(+994) 50 600 55 33; (+994) 55 600 55 33

“Modern Park” Müasir Yaşayış Kompleksində aparılan tikinti prosesindən görüntüləri təqdim edirik:

Oxumağa davam et

Əmlak

Yaşayış binalarında ofislərin yerləşdirilməsinə bu qaydada İCAZƏ VERİLİR

Yaşayış binasının sonuncu mərtəbəsində rəssam və memarlar üçün emalatxanalar, həmçinin işçilərin sayı 5 nəfərdən çox olmayan ofis otaqları yerləşdirilə bilər.

Publika.az xəbər verir ki, bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Bu zaman Normaların 7.2.13-cü yarımbəndinin ( İctimai təyinatlı sahələrin binanın yaşayış hissəsindən təcrid olunmuş girişləri və təxliyyə çıxışları olmalıdır) tələbləri nəzərə alınmalıdır.

Hündürlüyü 28 m-dək və ən azı II odadavamlılıq dərəcəsi olan binaların mansarda mərtəbələrində ofis otaqlarının yerləşdirilməsinə yol verilir.

Oxumağa davam et

Əmlak

Bakıda bu binalarda mənzillər BAHALAŞDI

Ötən ay Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə "Trend" məlumat yayıb.

Belə ki, noyabrda Bakıda təkrar mənzil bazarında qiymətlər 1.74 faiz bahalaşıb. İlkin mənzil bazarında isə ay ərzində qiymət 3,95 faiz bahalaşıb.

İl ərzində müqayisədə isə mənzillərin qiyməti ucuzlaşıb. Belə ki, təkrar mənzil bazrında il ərzində qiymət 21,29 faiz, ilkin mənzil bazarında isə 2,52 faiz ucuzlaşıb.

"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov köhnə binalarda mənzillərin ucuzlaşmasını struktur dəyişikliyi ilə əlaqələndirib: “İki il bundan əvvələ qədər 1970-ci ilə qədər tikilən mənzillərin ipoteka krediti ilə alınmasına banklar tərəfindən şərait yaradılırdı. Ancaq iki il bundan əvvəl 1970-ci ilə qədər olan köhnə mənzillərin kreditləşməsinə məhdudiyyət qoyuldu və nəticədə zaman-zaman köhnə evlərin bazar portfelində payı artır və nəticədə qiymət aşağı düşür, çünki həmin evlərin satışda sayı çox olsa da alıcısı azdır".

Oxumağa davam et
Reklam

Gündəm