"Ana harayı"na Xocalı yürüşü - FOTOREPORTAJ - Publika.az
Bizi izləyin

Foto

"Ana harayı"na Xocalı yürüşü - FOTOREPORTAJ

Bu gün Ermənistan silahlı qüvvələrinin 29 il əvvəl Azərbaycanın Xocalı şəhərində törətdiyi XX əsrin sonuncu soyqırımı olan Xocalı dəhşətlərinin ildönümüdür.

Publika.az-ın xəbərinə görə, Xocalı soyqırımının anım günündə paytaxt sakinləri, eləcə də faciənin canlı şahidləri hər il şəhidlərin ruhunun toplaşdığı yerə - "Ana harayı" abidəsinin önünə toplaşıblar. 29 il əvvəl Xocalı şəhərində yaşananları yenidən xatırlayıblar.

Günahsız insanların faciəsinə üzülüblər. Dövlət və hökumət nümayəndələri ilə yanaşı, sadə vətəndaşlar, əlillər, yaşlı insanlar "Ana harayı"nın önünə tər güllər düzüblər. Şəhidlərin, soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib, ruhlarına "Fatihə"lər oxunub. 29 il əvvəl qarlı qış günü Xocalı şəhərində baş verənləri yenidən yaşamaqla soyqırımının təşkilatçıları lənətlənib.

Tural Turan

Foto: Pərviz Həşimi

Rəylər
Oxumağa davam et
Reklam

Foto

Xalq öz Liderini yad etdi - FOTOREPORTAJ

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümüdür.

Publika.az xəbər verir ki, Azərbaycan xalqı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ceyhun Rəhimov

Oxumağa davam et

Foto

Ukraynadan ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR - FOTO

Ukrayna ilə Rusiya arasında müharibə hələ də davam edir. Savaş nəticəsində hər iki tərəf xeyli itki verib.

Publika.az Ukraynadan son görüntüləri təqdim edir:

Oxumağa davam et

Foto

Ukraynadan qorxunc görüntülər

Ukrayna ilə Rusiya arasında müharibə davam edir. Döyüşlər nəticəsində çox sayda mülki şəxs həyatını itirib və infrastrukturlar dağılıb.

Publika.az Ukraynadan olan fotoları təqdim edir:

Oxumağa davam et
Reklam

Gündəm