Ağdaban faciəsi FOTOLARDA - Publika.az
Bizi izləyin

Foto

Ağdaban faciəsi FOTOLARDA

Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir.

Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırımı aktı törətdilər.


Publika.az saytının fotoqrafı Pərviz Həşimi faciədən çəkilmiş fotoları təqdim edir:

Rəylər
Oxumağa davam et
Reklam

Foto

Xalq öz Liderini yad etdi - FOTOREPORTAJ

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümüdür.

Publika.az xəbər verir ki, Azərbaycan xalqı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ceyhun Rəhimov

Oxumağa davam et

Foto

Ukraynadan ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR - FOTO

Ukrayna ilə Rusiya arasında müharibə hələ də davam edir. Savaş nəticəsində hər iki tərəf xeyli itki verib.

Publika.az Ukraynadan son görüntüləri təqdim edir:

Oxumağa davam et

Foto

Ukraynadan qorxunc görüntülər

Ukrayna ilə Rusiya arasında müharibə davam edir. Döyüşlər nəticəsində çox sayda mülki şəxs həyatını itirib və infrastrukturlar dağılıb.

Publika.az Ukraynadan olan fotoları təqdim edir:

Oxumağa davam et
Reklam

Gündəm