Foto
Uşaqlığın son, həyat məktəbinin ilk zəngi - FOTOREPORTAJ
.jpg)
Dünən axşam yolda gedərkən bir oğlanın telefonda yüksək səslə dediyi söz diqqətimi çəkdi və mən dəvətli olmasam da, həmin həyəcanlı səsdən sonra sabah deyilən vaxtda özümü həmin ünvana yetirməyi borc bildim. Təxminən 9 il əvvəl onun keçirdiyi həyəcanın eynisini mən də yaşamışdım.
Gözlüklü, ağbəniz oğlanın həyəcanlı səsi mənə təkcə nostalji yaşatmadı, həm də gecəni yatmağa qoymadı:
- Sabah mütləq gəl ha, saat 11-də görüşümüz var. Eşidirsəəən, saat 11-də... 144 saylı məktəbin həyətində...
Saat 11:00...
...Və budur Son zəng, son dərs, son dərsdə özündən qaçış və son qayğısız gün...
Publika.az-ın obyektivi də onlarladır.
Sonuncu dəfə 11 ildir həvəslə düzüldüyümüz cərgələrə yenidən düzülmüşdülər. Bu dəfə məktəbə, dərsə girib şıltaqlıqlar etmək üçün yox, ana məktəblə vidalaşmaq üçün... 11 il oxuduqları məktəbə hədiyyələri də var idi - özləri!!! Şəxsiyyət kimi yetişmişdilər. Savadları, aydın düşüncələri ilə qırmızı xalı üzərində işıq saçırdılar. Göydəki sülh göyərçinlərinin yerdəki mayakları idilər...
Son zəng çalınır... Müəllimlər sevinir. Çünki 11 illik məhsulları bar verir və 11 illik təhsilin 3 saatlıq imtahan hesabatından sonra yetirmələri həkim, müəllim, mühəndis, hərbçi kimi bu vətənin təhsilinin, səhiyyəsinin, sərhədinin keşiyində duracaqlar. Əllərdəki gül buketləri də sevinirdi. Çünki onlar bu gözəl gün üçün “qurban deyilmişdilər”...
Kövrələnlərin duyğularından da işıq axırdı. Təbəssümlərin də arxasında kədər kodlarını sezmək çətin deyildi. Təkcə məktəblə, oturduğu parta ilə sağollaşmırdılar. Uşaqlıqlarına, ilk sevgilərinin yasəmən qoxularına əlvida deyirdilər. Bu gündən hər kəsin yolları bu məbəd önündə ayrılacaq. Ayrılacaq, amma bir daha qovuşmaq üçün... Ayrılacaq, amma ələnib xəlbirdən süzülüb yenidən doğulmaq üçün... Çünki bütün yollar insanlığa aparır.
Ən təmiz arzuların, istəklərin üzərində bir zamanlar tumurcuq sevgilər inşa edənlər, illər sonra onun üzərində məktəb, məbəd, elə böyük sevgilərin özülünü inşa edəcəkdilər. Amma bu gün uşaqlığın sonuncu rəngidir. Sabahdan ikinci evləri olmayacaq. İkinci anaları, ataları – müəllimləri də... Üzlərdəki kədər qarışıq sevinc də, dumduru gözyaşları da onlar üçündür. Göz yaşları ilə əlvida deyən uşaqlar illər keçdikdən sonra ölkənin ən aparıcı simaları kimi bu qocaman məbədə öz ağır sanbalları, çəkiləri ilə geri dönəcəklər. Bu məktəbdə yetim qoyub getdikləri xatirələrə baş çəkmək üçün...
Yəni, bu çalınan uşaqlığın son, həyat məktəbinin ilk zəngidir! İlk zənginiz mübarək, “Nəlbəki rəqsi” oynayan qız!.. İlk zənginiz mübarək, həyəcanlı səslə yoldaşlarını dünən sonuncu uşaqlıq zənginə səsləyən ağbəniz oğlan... Zəng çalındı, xoşbəxtliyə və xəyallarınızı gerçəkləşdirməyə gecikməyin...
Pərviz Həşimi
Foto
Xalq öz Liderini yad etdi - FOTOREPORTAJ

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümüdür.
Publika.az xəbər verir ki, Azərbaycan xalqı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ceyhun Rəhimov
Foto
Ukraynadan ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR - FOTO

Ukrayna ilə Rusiya arasında müharibə hələ də davam edir. Savaş nəticəsində hər iki tərəf xeyli itki verib.
Publika.az Ukraynadan son görüntüləri təqdim edir:
Foto
Ukraynadan qorxunc görüntülər

Ukrayna ilə Rusiya arasında müharibə davam edir. Döyüşlər nəticəsində çox sayda mülki şəxs həyatını itirib və infrastrukturlar dağılıb.
Publika.az Ukraynadan olan fotoları təqdim edir:
- Siyasət22 May 2022 02:42
Ərdoğan ŞƏRTLƏRİNİ AÇIQLADI: Yalnız bu halda...
- Qoroskop22 May 2022 00:15
Günün ULDUZ FALI: aktual məsələlərin həllini sabaha saxlayın
- Dünya21 May 2022 22:25
Rusiyada gizli səfərbərlik ELAN EDİLDİ - Baş Qərargahdan AÇIQLAMA
- Sosial21 May 2022 19:32
Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutuldu
- Sosial21 May 2022 17:07
Vətəndaşların NƏZƏRİNƏ: sabah pulsuz olacaq
- Maqazin21 May 2022 15:00
Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” - VİDEO
- Hadisə21 May 2022 14:24
Polis hamilə qadını xəstəxanaya belə çatdırdı - VİDEO
- Maqazin21 May 2022 14:15
Cabbarov “Parni iz Baku”nun hədəfində: 2027-ci il... - VİDEO