Xəbərlər - Publika.az
Bizi izləyin

Foto

Zığda insanların palçığa büründüyü göldən FOTOREPORTAJ

Hövsan yolunun kənarında, Zığ qəsəbəsində yerləşən "Duzlu göl"ün ətrafi hər il yay fəslində istirahətə gələnlərlə dolu olur.

Gölu şəfa mənbəyi hesab edən insanlar duzlu suda çimir və sonra gölun dibindən yığılan palçığı bədənlərinə sürtüb, günəş vannaları qəbul edirlər.

Publik.az göldən fotoreportajı təqdim edir:

Foto: Nəcəf Ruslanoğlu

Rəylər

Foto

Qazaxıstan hadisələri FOTOLARDA

Qazaxıstanda rəsmi şəxslər ölkədə nəzarətin ələ alındığını elan etsələr də, yerli media etirazların hələ də davam etdiyini yazır. 

Dünyanın aparıcı informasiya agentlikləri etirazların mərkəzi olan Almatı şəhərindən ən son görüntüləri paylaşırlar.

Fotolardan aydın olur ki, etirazlar olan şəhərlər həqiqətən də cəhənnəmə çevrilib.  

Publika.az Qazaxıstandakı son hadisələrdən ən maraqlı fotoları təqdim edir:



Oxumağa davam et

Foto

Bakı Yeni ilə belə hazırlaşır - FOTOREPORTAJ

Təqvim ilinin dəyişməsinə sayılı günlər qalıb. Yeni ilin gəlişi ilə əlaqədar ölkədə bayram əhval-ruhiyyəsi hökm sürür.

Publika.az-ın məlumatına görə, artıq paytaxt Bakıda da pandemiya şərtləri nəzərə alınmaqla bayram hazırlığı işlərinə başlanılıb.

Şəhərin mərkəzi küçələri, parklar artıq Yeni ilin rəmzi olan şam ağacları ilə bəzədilməyə başlanıb. Paytaxtda Yeni ilin atributları olan Şaxta babalar, Qar qızlar, müxtəlif animasiya qəhrəmanları isə insanları bayram ruhuna kökləyir.

Fotoqrafımız Ceyhun Rəhimov paytaxtın bayram ovqatını kamerasının obyektivinə köçürüb.

Oxumağa davam et

Foto

Göylərdən göyə ucalan 14 qəhrəman - FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbi qulluqçumuzla vida mərasimi keçirilərək, onlar torpağa tapşırılıb.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Publika.az vida və dəfn mərasimindən fotoreportajı təqdim edir:

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et

Gündəm