Xəbərlər - Publika.az
Bizi izləyin

Foto

Qarabağın ilk beynəlxalq hava limanından FOTOREPORTAJ

Bu gün Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Publika.az xəbər verir ki, uçuş müddəti 35 dəqiqə olan Bakı-Füzuli marşrutu üzrə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, bu gün çox əlamətdar gündür və Qarabağımızın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına dünyanın iki nəhəng hava gəmisi öz texniki uçuşlarını yerinə yetirib.

Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə artıq Şərqi Zəngəzur bölgəsində də iki hava limanının inşasına başlanılıb.

Jurnalistlərə açıqlama verən Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat katibi, polkovnik-leytenant Rəşad Məşədiyev isə qeyd edib ki, burada digər xidmətlərlə yanaşı, Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi fəaliyyət göstərəcək.

Füzuli Beynəlxalq Hava Limanına uçuş icra edən "Boeing 747-400" tipli hava gəmisinin kapitanı Rasim Əşrəfov isə bu gün bir Azərbaycan vətəndaşı kimi qürur hissi keçirdiyini bildirib. O qeyd edib ki, hava limanında uçuş sxemi çox əlverişli və rahatdır, eyni zamanda uçuş zolağı pilot üçün çox rahatdır.

Füzuli Beynəlxalq Hava Limanında olan Publika.az-ın əməkdaşı tarixi anları kamerasının yaddaşına köçürüb.

Görüntüləri təqdim edirik:

Fotolar: Pərviz Həşimi

Rəylər

Foto

Qazaxıstan hadisələri FOTOLARDA

Qazaxıstanda rəsmi şəxslər ölkədə nəzarətin ələ alındığını elan etsələr də, yerli media etirazların hələ də davam etdiyini yazır. 

Dünyanın aparıcı informasiya agentlikləri etirazların mərkəzi olan Almatı şəhərindən ən son görüntüləri paylaşırlar.

Fotolardan aydın olur ki, etirazlar olan şəhərlər həqiqətən də cəhənnəmə çevrilib.  

Publika.az Qazaxıstandakı son hadisələrdən ən maraqlı fotoları təqdim edir:



Oxumağa davam et

Foto

Bakı Yeni ilə belə hazırlaşır - FOTOREPORTAJ

Təqvim ilinin dəyişməsinə sayılı günlər qalıb. Yeni ilin gəlişi ilə əlaqədar ölkədə bayram əhval-ruhiyyəsi hökm sürür.

Publika.az-ın məlumatına görə, artıq paytaxt Bakıda da pandemiya şərtləri nəzərə alınmaqla bayram hazırlığı işlərinə başlanılıb.

Şəhərin mərkəzi küçələri, parklar artıq Yeni ilin rəmzi olan şam ağacları ilə bəzədilməyə başlanıb. Paytaxtda Yeni ilin atributları olan Şaxta babalar, Qar qızlar, müxtəlif animasiya qəhrəmanları isə insanları bayram ruhuna kökləyir.

Fotoqrafımız Ceyhun Rəhimov paytaxtın bayram ovqatını kamerasının obyektivinə köçürüb.

Oxumağa davam et

Foto

Göylərdən göyə ucalan 14 qəhrəman - FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbi qulluqçumuzla vida mərasimi keçirilərək, onlar torpağa tapşırılıb.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Publika.az vida və dəfn mərasimindən fotoreportajı təqdim edir:

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et

Gündəm