Xəbərlər - Publika.az
Bizi izləyin

Foto

Döyüş meydanına çevrilən Gəncədən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Erməni terroru FOTOLARDA

Bu gün Vətən Müharibəsi zamanı Gəncənin Ermənistan tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində Ermənistan ərazisindən Gəncə ballistik raket hücumuna məruz qaldı. Oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiqinə başlansa da, düşmən dinc sakinləri atəşə tutub və hədəf olaraq Gəncə seçildi.

Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində dördü qadın olmaqla 10 nəfər şəhid olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Publika.az 11 oktyabr Gəncə terrorundan fotoları təqdim edir:

Müəllif: Fotojurnalist Əziz Kərimov

Gəncə terrorunda çəkilmiş digər görüntüləri də təqdim edirik:

Rəylər

Foto

Qazaxıstan hadisələri FOTOLARDA

Qazaxıstanda rəsmi şəxslər ölkədə nəzarətin ələ alındığını elan etsələr də, yerli media etirazların hələ də davam etdiyini yazır. 

Dünyanın aparıcı informasiya agentlikləri etirazların mərkəzi olan Almatı şəhərindən ən son görüntüləri paylaşırlar.

Fotolardan aydın olur ki, etirazlar olan şəhərlər həqiqətən də cəhənnəmə çevrilib.  

Publika.az Qazaxıstandakı son hadisələrdən ən maraqlı fotoları təqdim edir:



Oxumağa davam et

Foto

Bakı Yeni ilə belə hazırlaşır - FOTOREPORTAJ

Təqvim ilinin dəyişməsinə sayılı günlər qalıb. Yeni ilin gəlişi ilə əlaqədar ölkədə bayram əhval-ruhiyyəsi hökm sürür.

Publika.az-ın məlumatına görə, artıq paytaxt Bakıda da pandemiya şərtləri nəzərə alınmaqla bayram hazırlığı işlərinə başlanılıb.

Şəhərin mərkəzi küçələri, parklar artıq Yeni ilin rəmzi olan şam ağacları ilə bəzədilməyə başlanıb. Paytaxtda Yeni ilin atributları olan Şaxta babalar, Qar qızlar, müxtəlif animasiya qəhrəmanları isə insanları bayram ruhuna kökləyir.

Fotoqrafımız Ceyhun Rəhimov paytaxtın bayram ovqatını kamerasının obyektivinə köçürüb.

Oxumağa davam et

Foto

Göylərdən göyə ucalan 14 qəhrəman - FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbi qulluqçumuzla vida mərasimi keçirilərək, onlar torpağa tapşırılıb.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Publika.az vida və dəfn mərasimindən fotoreportajı təqdim edir:

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam

Gündəm