Xəbərlər - Publika.az
Bizi izləyin

Foto

28 ildən sonra ilk dəfə Kəlbəcər balı... - FOTOREPORTAJ

Bu gündən Bakıda arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Yarmarka “Gənclik” metrosunun çıxışında, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında keçirilir. Yarmarkada 40 iqtisadi rayondan 250 arıçı 120 ton məhsul satışa çıxarıb.

Yarmarkada satılan arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Yarmarkada ölkənin 4 bir yanından arıçı iştirak edir. Burada alıcılar Quba, Qusar, Xaçmaz, İsmayıllı, Zaqatala, Şamaxı, Ağsu, Astara, Biləsuvar və digər bölgələrin ballarını ala bilərlər. Əvvəlki illərdən fərqli olaraq bu il yarmarkada Kəlbəcər balı da satılır. Balın 1 kiloqramı 30-40 manata, çərçivə balı 40 manata, süzmə bal isə 30 manata təklif olunur. Eyni zamanda burada siz Laçın balının da dadına baxa bilərsiniz.

Vətəndaşlar 20 oktyabr-7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək yarmarkaya gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

Publika.az bal yarmarkasından fotoları təqdim edir:

Fotolar: Ceyhun Rəhimov

Rəylər

Foto

Qazaxıstan hadisələri FOTOLARDA

Qazaxıstanda rəsmi şəxslər ölkədə nəzarətin ələ alındığını elan etsələr də, yerli media etirazların hələ də davam etdiyini yazır. 

Dünyanın aparıcı informasiya agentlikləri etirazların mərkəzi olan Almatı şəhərindən ən son görüntüləri paylaşırlar.

Fotolardan aydın olur ki, etirazlar olan şəhərlər həqiqətən də cəhənnəmə çevrilib.  

Publika.az Qazaxıstandakı son hadisələrdən ən maraqlı fotoları təqdim edir:



Oxumağa davam et

Foto

Bakı Yeni ilə belə hazırlaşır - FOTOREPORTAJ

Təqvim ilinin dəyişməsinə sayılı günlər qalıb. Yeni ilin gəlişi ilə əlaqədar ölkədə bayram əhval-ruhiyyəsi hökm sürür.

Publika.az-ın məlumatına görə, artıq paytaxt Bakıda da pandemiya şərtləri nəzərə alınmaqla bayram hazırlığı işlərinə başlanılıb.

Şəhərin mərkəzi küçələri, parklar artıq Yeni ilin rəmzi olan şam ağacları ilə bəzədilməyə başlanıb. Paytaxtda Yeni ilin atributları olan Şaxta babalar, Qar qızlar, müxtəlif animasiya qəhrəmanları isə insanları bayram ruhuna kökləyir.

Fotoqrafımız Ceyhun Rəhimov paytaxtın bayram ovqatını kamerasının obyektivinə köçürüb.

Oxumağa davam et

Foto

Göylərdən göyə ucalan 14 qəhrəman - FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbi qulluqçumuzla vida mərasimi keçirilərək, onlar torpağa tapşırılıb.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Publika.az vida və dəfn mərasimindən fotoreportajı təqdim edir:

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et

Gündəm