Xəbərlər - Publika.az
Bizi izləyin

Foto

Zəfər yolundan yeni görüntülər yayıldı - MÖHTƏŞƏM FOTOLAR

Bir neçə gün öncə açılışı olan Zəfər yolunun yeni görüntüləri paylaşılıb.

Publika.az-ın xəbərinə görə, fotoları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayımlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 7-də Zəfər yolunun açılışında iştirak ediblər.

Sözügedən fotoları təqdim edirik:

Rəylər

Foto

Qazaxıstan hadisələri FOTOLARDA

Qazaxıstanda rəsmi şəxslər ölkədə nəzarətin ələ alındığını elan etsələr də, yerli media etirazların hələ də davam etdiyini yazır. 

Dünyanın aparıcı informasiya agentlikləri etirazların mərkəzi olan Almatı şəhərindən ən son görüntüləri paylaşırlar.

Fotolardan aydın olur ki, etirazlar olan şəhərlər həqiqətən də cəhənnəmə çevrilib.  

Publika.az Qazaxıstandakı son hadisələrdən ən maraqlı fotoları təqdim edir:



Oxumağa davam et

Foto

Bakı Yeni ilə belə hazırlaşır - FOTOREPORTAJ

Təqvim ilinin dəyişməsinə sayılı günlər qalıb. Yeni ilin gəlişi ilə əlaqədar ölkədə bayram əhval-ruhiyyəsi hökm sürür.

Publika.az-ın məlumatına görə, artıq paytaxt Bakıda da pandemiya şərtləri nəzərə alınmaqla bayram hazırlığı işlərinə başlanılıb.

Şəhərin mərkəzi küçələri, parklar artıq Yeni ilin rəmzi olan şam ağacları ilə bəzədilməyə başlanıb. Paytaxtda Yeni ilin atributları olan Şaxta babalar, Qar qızlar, müxtəlif animasiya qəhrəmanları isə insanları bayram ruhuna kökləyir.

Fotoqrafımız Ceyhun Rəhimov paytaxtın bayram ovqatını kamerasının obyektivinə köçürüb.

Oxumağa davam et

Foto

Göylərdən göyə ucalan 14 qəhrəman - FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbi qulluqçumuzla vida mərasimi keçirilərək, onlar torpağa tapşırılıb.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Publika.az vida və dəfn mərasimindən fotoreportajı təqdim edir:

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et

Gündəm