Bakıda dəhşətli hadisədə ölən şəxslərin adları açıqlandı - SİYAHI - Publika.az
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli hadisədə ölən şəxslərin adları açıqlandı - SİYAHI

Bu gün səhər saat 6:40 radələrində aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisədə vəfat edən şəxslərin kimliyi müəyyənləşib.

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Bakıda binaya atəş açılıb? - Rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə Bakının Xətai rayonu, Gəncə prospekti 39 ünvanında yerləşən “Xətaipark” kompleksində binanın 10-cu mərtəbəsində yerləşən mənzilin pəncərəsinə güllə dəyməsi ilə bağlı iddia yayılıb. Qeyd olunub ki, bu hal daha əvvəl də yaşanıb.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı "Qafqazinfo"nun sorğusunu cavablayan DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisənin ehtiyatsızlıqdan baş verdiyini açıqlayıb.

“Bəzi sosial şəbəkə səhifələrində yayılan infomasiyadan ərazi üzrə rayon polisi məlumatlıdır. Araşdırma aparılıb. Yaşayış evinin pəncərəsinə olan zədə odlu silahdan yox, tir tüfənginin qırmasından yaranıb. Ehtiyatsızlıqdan baş verən neqativ əməldir, tir tüfəngi olan şəxs pəncərəsinə qonan qarğanı vurmaq istəyib. Nəticəsi də məlumdur.

Əgər o qırma hansısa vətəndaşın gözünə dəysəydi, onu şikəst edə bilərdi. Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi ağır nəticələrə səbəb ola bilər, xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər. Bu hal nəzərə alınmalıdır”, - o qeyd edib.

Oxumağa davam et

Hadisə

İmişlidə dəhşətli qəza: ölən var

İmişli rayonunda avtomobil aşıb, ölən var.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 22-də saat 19 radələrində rayonun Xubyarlı kəndi ərazisində kənd sakini Elvin Əsədzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et

Hadisə

Tovuzdan ARB telekanalına gedən şəxs tapıldı - FOTO - YENİLƏNDİ

Tovuzdan ARB televiziyasına gedərək itkin düşən qadın tapılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

O bildirib ki, polis əmədaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində Tovuz rayonunun Hunanlar kənd sakini Firuzə Yusifovanın yeri Bakı şəhərində müəyyən edilib: "O, gün ərzində ailəsinə təhvil veriləcək".

xxx

10:00

Tovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.

"Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Oxumağa davam et
Reklam

Gündəm