Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Azyaşlı uşağa qarşı vəhşilik BU BAĞÇADA baş verib - VİDEO - YENİLƏNDİ

Sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər böyük rezonans doğurub.

Publika.az  “qafqazinfo”ya istinadən xəbər verir ki, xoşagəlməz hadisə bu həftə İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.

Sözügedən bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır. O, 1989-cu ildən hadisənin baş verdiyi uşağ bağçasına rəhbərlik edir.

Tərbiyəçinin azyaşlının başına zərbə endirməsinə gəlincə, bu, qadının uşağın şəklini çəkdiyi an baş verib. Belə ki, tərbiyəçi göstəriş üçün şəkil çəkmək məqsədilə azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Uşaq da buna əməl etməyincə, tərbiyəçi onun başına zərbə endirib.

Maraqlıdır ki, uşağ bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək ikən çəkilmiş fotoları kifayət qədərdir. Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərinin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.

Qeyd edək ki, hadisə ilə bağlı həm Təhsil Nazirliyi, həm də Daxili İşlər Nazirliyi araşdırma başladıb.

xxx

23:00

Azərbaycanda bağça tərbiyəçisi azyaşlı uşağa qarşı vəhşi hərəkət edib.

Publika.az xəbər verir ki, özünü özünü “tərbiyəçi” bilən qadın azyaşlıya qarşı şiddət göstərib.

Sosial şəbəkədə yayılan bu görüntü insanların haqlı hiddətinə və narazılıqlarına səbəb olub.

Belə ki, 2-3 yaşarası məsum körpənin qidanı ağzında saxlayarkən görüntüsünü çəkməyə cəhd edən zalım tərbiyəçinin düşdüyü vəziyyət əslində əksər bağçalarda mövcud olan durumu göstərir.

Həmin görüntüləri təqdim edirik:

Rəylər

Hadisə

Nazirlər Kabinetinin yüksək vəzifəli əməkdaşı vəfat etdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) sektor müdiri vəfat edib.

Publika.az xəbər verir ki, NK-nin Beynəlxalq Əməkdaşlıq şöbəsinin sektor müdiri Fikrət Kərimov dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Allah rəhmət eləsin!

Oxumağa davam et

Hadisə

Saatlıda gecə fəaliyyət göstərən kafe aşkarlandı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin inzibatçısı K.Allahverdiyev və orada çalışan üç işçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Oxumağa davam et

Hadisə

Ağstafa sakində narkotik və silah aşkar edildi - FOTO

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Natiq Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan torbada ümumi çəkisi 385 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Sadıqovun əlindəki digər sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “revolvre” markalı tapança və 4 ədəd “makarov” tipli tapançaya aid 9 mm-lik patron aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam

Gündəm