Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Azyaşlını döyən tərbiyəçi barədə YENİ XƏBƏR - VİDEO

Video əlavə olunub.

xxx

Sosial şəbəkələrdə İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır.

Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib.

Həmin şəxs ailəlidir, 2 övladı var.

Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir.

Rəylər

Hadisə

Nazirlər Kabinetinin yüksək vəzifəli əməkdaşı vəfat etdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) sektor müdiri vəfat edib.

Publika.az xəbər verir ki, NK-nin Beynəlxalq Əməkdaşlıq şöbəsinin sektor müdiri Fikrət Kərimov dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Allah rəhmət eləsin!

Oxumağa davam et

Hadisə

Saatlıda gecə fəaliyyət göstərən kafe aşkarlandı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin inzibatçısı K.Allahverdiyev və orada çalışan üç işçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Oxumağa davam et

Hadisə

Ağstafa sakində narkotik və silah aşkar edildi - FOTO

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Natiq Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan torbada ümumi çəkisi 385 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Sadıqovun əlindəki digər sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “revolvre” markalı tapança və 4 ədəd “makarov” tipli tapançaya aid 9 mm-lik patron aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam

Gündəm