Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

127 kq narkotik dövriyyədən çıxarıldı, 31 nəfər həbs edildi - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın ilk 10 günü ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 31 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 127 kiloqram narkotik maddə və psixotrop maddə, eləcə də 1821 ədəd psixotrop tərkibli həb çıxarılıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən ilk tədbir zamanı Beyləqan rayon sakinləri əvvəllər məhkum olunmuş Ramil Həsənov, Müzəffər Rüstəmzadə və Zaur İmanov saxlanılıblar. Bu şəxslərin üzərindən və Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində gizlətdikləri yerdən ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 2 ədəd polietilen torbalarda qablaşdırılan 44 kiloqram, o cümlədən 31 kiloqram heroin, 10 kiloqram tiryək, 3 kiloqram marixuana və 1480 ədəd satışı qadağan edilən psixotrop tərkibli preqabalin həbi aşkar olunub.

Baş İdarə əməkdaşlarının Sabirabad rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı Hidayət Məmmədov saxlanılıb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində ona külli miqdarda narkotik maddələr göndərən Şirvan şəhər sakini Orxan Nağıyev Binəqədi rayonunda tutulub. Bu şəxslərdən və Orxan Nağıyevin avtomobilindən ümumilikdə 35 kiloqram, o cümlədən 21 kiloqram heroin, 10 kiloqram metamfetamin, 4 kiloqram marixuana və elektron tərəzi aşkar olunub.

Həyata keçirilən daha bir əməliyyat zamanı Röyal Rəhimov və əvvəllər məhkum olunmuş Surac Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar. Onların üzərindən və Röyal Rəhimovun avtomobilindən 22 kiloqram, o cümlədən 12 kiloqram heroin və 10 kiloqramdan artıq metamfetamin aşkar olunub.

Adları sadalanan 7 nəfər beynəlxalq narkoşəbəkənin üzvləri olublar. Onlar qaçaqmalçılıq yolu ilə Asiya ölkələrindən göndərilən külli miqdarda narkotik vasitələri qəbul edərək ölkə ərazisində satışını təşkil etməyə çalışıblar.

Baş İdarənin paytaxt eləcə də Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha 16 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 19 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının qeyd edilən dövr ərzində Lənkəran şəhəri və Astara rayonunda keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan 8 nəfər saxlanılıb. Onlardan isə 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • 127 kq narkotik dövriyyədən çıxarıldı, 31 nəfər həbs edildi - FOTO - VİDEO

  • 127 kq narkotik dövriyyədən çıxarıldı, 31 nəfər həbs edildi - FOTO - VİDEO

  • 127 kq narkotik dövriyyədən çıxarıldı, 31 nəfər həbs edildi - FOTO - VİDEO

Publika.az
Rəylər

Hadisə

Tağıyevin heykəlini sındıran şəxslərin FOTOLARI

Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinə zərər vuran  şəxslər Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub. 

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb. 

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Oxumağa davam et

Hadisə

Baş Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi - FOTO

Baş Prokurorluq özbaşına tikinti işləri aparan şəxslərə xəbərdarlıq edib.

Qurumun Mətbuat Xidmətindən Publika.az -a daxil olan xəbərdarlıqda deyilir:

"Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici slaydların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb. Hazırda təqdim olunan slaydlarda özbaşına tikintilər barədə vətəndaşlarımıza məlumat verilib".

Oxumağa davam et

Hadisə

Təhlükədə qalan 5 uşaq xilas edildi - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 44 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 uşaq xilas olunub. Həmçinin, Bakı şəhərinin Binəqədi rayonunda 1958-ci il təvəllüdlü Yusifov Əflatun Ömər oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Oxumağa davam et
Reklam

Gündəm