Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Oğlunun balta ilə döydüyü qadın xəstəxanada öldü

Xaçmazda oğlu tərəfindən döyülən 66 yaşlı qadın xəstəxanada ölüb.

Xaçmaz rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, yanvarın 13-ü saat 19 radələrində rayonun Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1979-cu il təvəllüdlü Ramiz Sultanovun birgə yaşadıqları evdə balta ilə Səmən Sultanovanın baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsinə və daha sonra isə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rəylər

Hadisə

Xaçmazda dəhşət: ana və qızı...

Xaçmazda ana və qızı dəm qazından zəhərlənib.

Publika.az Report-a istinadla xəbər verir ki, hadisə Yeni Həyat qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Əhmədova Nargözəl Kirmanşa qızı və övladı, 2013-cü il təvəllüdlü Əhmədova Maral Əliyar qızı ev şəraitində dəm qazından zəhərləniblər. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, M.Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.

N.Əhmədovaya isə tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et

Hadisə

İsmayıllı sakinindən odlu silah götürüldü

İsmayıllı sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zoğallıq kənd sakini Sənan Cavadovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Onun barəsində protokol tərtib olunub və qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Oxumağa davam et

Hadisə

Bərdədə restoran sahibi həbs edildi

Bərdədə karantin qaydalarının pozulduğu restoranın sahibi inzibati qaydada həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlamalar zamanı rayon ərazisində yerləşən “Muğan Məkan” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Müəyyən edilmiş qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Elnur Sadıxov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Oxumağa davam et
Reklam

Gündəm