Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Ramiz Əliyev vəfat etdi

Azərbaycanlı rejissor Ramiz Əliyev (Ramiz Hindarxlı) Niderlandda vəfat edib.

Publika.az Report-a istinadla xəbər verir ki, kinorejissor 84 yaşında uzun sürən xəstəlikdən sonra Niderlandin Dodrext şəhər xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, R.Əliyev 15 mart 1938-ci ildə Ağcəbədi rayonu Hindarx qəsəbəsində anadan olub. 1956-cı ildə "Azərbaycanfilm"də fəaliyyətə başlayan soydaşımız müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna töhfələr verib. O, rejissor kimi "Bəyin oğurlanması", "Dəli Kür", "Həm ziyarət, həm ticarət...", "İnsan məskən salır", "İstintaq", "Qayınana", "Qızmar günəş altında", "Möcüzələr adası", "O olmasın, bu olsun", "Otel otağı", "Ölsəm... bağışla", "Şir evdən getdi", "Yenilməz batalyon" və digər 40-a qədər film üzərində çalışıb.

Rəylər

Hadisə

Sulutəpədə gənci avtomobil vurdu

Bakıda 28 yaşlı gənci avtomobil vurub.

Publika.az xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Paşayev Əli Şölət oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol diz oynağının əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et

Hadisə

Bakıda avtobuslar toqquşdu, ana və oğlu yaralandı - YENİLƏNDİ

Bakıda 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, qəza zamanı 1968-ci il təvəllüdlü İbrahimova Nüşabə Əjdər qızı və onun oğlu, 2009-cu il təvəllüdlü Rəhmətov Yusif Elşən oğlu yaralanıb.

Xəstəxanaya yerləşdirilən N. İbrahimovaya hər iki diz oynağının və alın nahiyəsinin əzilməsi, E. Rəhəmətova isə sağ diz və sol bazu oynağının əzilməsi diaqnozu qoyulub.

xxx

17.01.22 - 17:31

Paytaxtın Şeyx Şamil küçəsində fiziki şəxs Malik Orucovun müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən xəbərə görə, sərnişin avtobusu yoldan çıxaraq ağaca dəyib. Qəza zamanı avtobusda sərnişin olmayıb və xəsarət alan yoxdur.

Digər bir yol nəqliyyat hadisəsi isə Binəqədi şosesində olub. “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub. Daşıyıcı şirkət “Çinar Trans” MMC-dən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hazırda hər iki hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Daşıyıcı şirkətlərin rəhbərliyi Agentliyə çağırılıb.

Oxumağa davam et

Hadisə

Qəbələdə avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Qəbələ rayonunun Laza kəndində yolun qarlı-buzlu olması səbəbilə “Toyota” markalı minik avtomobilinin dərəyə sürüşmə təhlükəsinin yaranması, sürücü və sərnişinin soyuq hava şəraitində köməksiz vəziyyətdə qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə сəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

Oxumağa davam et
Reklam

Gündəm