Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Həbs edilmiş icra başçısı namaza başladı, şeirlər yazır

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbərliyi Dövlət Təhlükəsizliyi Xidmətinin Saxlanma Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

Başçəkmədə komitə sədri Tural Hüseynov və hüquq bölməsinin rəhbəri Rövşən Məmmədov iştirak edib.

 T.Hüseynov bildirib ki, təcridxanada nöqsan aşkarlanmayıb:

“Saxlanma yerində təmizlik müşahidə olunur. Təmirdən sonra otaqlarda hamam və televizorlar yerləşdirilməsi nəzərdə tutulub. Saxlanma yerindən hər hansı şikayət qeydə alınmadı.

Saxlanılanlardan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovla görüşdük. Özünü yaxşı hiss edir. Sentyabrdan namaza başlayıb, şeir yazır, idmanla məşğul olur. Mənə dedi ki, iqtisadi sahədə layihələr yazır və azadlığa çıxdıqdan sonra onları reallaşdırmaq istəyir”.(Kriminalqafqaz)

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

55 nəfər bu səbəbdən ölüb - FHN

2021-ci il ərzində respublika ərazisində 15 247 təbii və texnogen mənşəli hadisə baş verib.

Publika.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu da 2020-ci il ilə müqayisədə 467 hadisə və ya 3% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 206 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 51 nəfər xilas edilib, 821 nəfər təxliyə olunub.

Oxumağa davam et

Hadisə

Rus Dram Teatrının aktyorları koronavirusa yoluxdu

Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qərar aktyorların COVID-19-a yoluxduğu üçün qəbul edilib: “Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Oxumağa davam et

Hadisə

Bərdədə yas keçirən həbs edildi, molla cərimələndi

Bərdədə yas mərasimi təşkil edən şəxsə cinayət işi açılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonda polis tərəfindən fərdi yaşayış evinin həyətində xüsusi karantin rejim qaydalarına zidd olaraq yas mərasiminin təşkili və keçirilməsinin qarşısı alınıb.

Belə ki, rayonun Xəsilli kəndində mərasimi təşkil edən Xudayar Allahverdiyevin əməlində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğuna görə fakta görə Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bununla yanaşı, yas mərasimində çadır xidməti göstərən Eltaş Şəmsəddinli İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq məhkəmənin qərarı ilə 8 sutka, dini ayinləri icra edən Ramiz Allahverdiyev və digər 10 iştirakçı barəsində müvafiq olaraq 200 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Oxumağa davam et
Reklam

Gündəm