Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Ağcabədidə dəhşətli hadisə - 5 YAŞLI UŞAQ ÖLDÜ

Ağcabədi rayonunda azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.

32 yaşlı Vəliyev Etibar Zalış oğlu idarə etdiyi VAZ 2106 maşını idarə edərkən yoldan çıxıb və avtomobil aşıb. Nəticədə sürücünün 2017-ci il təvəllüdlü oğlu Vəliyev Zalış Etibar oğlu həyatını itirib.

Xəsdəxanaya gələn kənd sakinlərinin dediklərinə görə, sürücü Etibar Vəliyev qəzanı törətməmişdən əvvəl içki məclisində olduğu və içkili avtomobili idarə etdiyi deyilir.

Faktla bağlı araşdırma başlanıb.(Trend)

Rəylər

Hadisə

Qəbələdə faciəvi hadisə - 22 yaşlı oğlan öldü

Qəbələ rayonunda avtomobil gənc oğlanı vuraraq öldürüb.

Publika.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Eldəniz İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil piyada, 2000-ci il təvəllüdlü İsmayıl Adıgözəlovu vuraraq öldürüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Oxumağa davam et

Hadisə

Bakıda restoranda yas mərasimi təşkil edənlər həbs edildi - FOTO

Qaradağ rayonunda restoranda yas məclisi təşkil edən şəxslər inzibati qaydada həbs edilib.

Bu barədə Publika.az- a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında karantin qaydalarına zidd olaraq yas mərasimi keçirildiyi müəyyən olunub.

Polislər həmin obyektə baxış keçirərkən karantin qaydalarının kobud şəkildə pozulduğunu aşkarlanıb. Restoranı icarə əsasında işlədən Elməddin Əliyev və yas mərasimini təşkil edən Vasif Yəhyayev saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs 8 sutka inzibati qaydada həbs edilib.

Oxumağa davam et

Hadisə

Bakıda dəhşətli hadisə - 3 NƏFƏR ÖLDÜ

Bakıda ağır yol qəzası baş verib.

Publika.azxəbər verir ki, saat 07 radələrində Bəqədi rayonu, Binəqədi şosesində 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi və “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili ilə 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə E.Eyvazov, onun sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam

Gündəm