Xəbərlər - Publika.az
Bizi izləyin

Hadisə

Hacıqabul və Saatlı sakinlərindən silah götürüldü

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə rayon sakini M.Cavadovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə müvəqqəti olaraq rayon ərazisində Şamaxı rayon sakini S.Ağarəhimovdan bir ədəd müvafiq sənədləri olmayan “İj-18” markalı tüfəng götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Rəylər

Hadisə

Azərbaycanda polkovnik qəfil vəfat etdi - FOTO

Tanınmış hərbi həkim, uzun illərdir cərrah kimi fəaliyyət göstərən tibb xidməti polkovnlki Səfərov Rəhim Məhəmmədrza oğlu vəfat edib.

Publika.az xəbər verir ki, R.Səfərov qəflətən dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Oxumağa davam et

Hadisə

Qəbələdə faciəvi hadisə - 22 yaşlı oğlan öldü

Qəbələ rayonunda avtomobil gənc oğlanı vuraraq öldürüb.

Publika.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Eldəniz İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil piyada, 2000-ci il təvəllüdlü İsmayıl Adıgözəlovu vuraraq öldürüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Oxumağa davam et

Hadisə

Bakıda restoranda yas mərasimi təşkil edənlər həbs edildi - FOTO

Qaradağ rayonunda restoranda yas məclisi təşkil edən şəxslər inzibati qaydada həbs edilib.

Bu barədə Publika.az- a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında karantin qaydalarına zidd olaraq yas mərasimi keçirildiyi müəyyən olunub.

Polislər həmin obyektə baxış keçirərkən karantin qaydalarının kobud şəkildə pozulduğunu aşkarlanıb. Restoranı icarə əsasında işlədən Elməddin Əliyev və yas mərasimini təşkil edən Vasif Yəhyayev saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs 8 sutka inzibati qaydada həbs edilib.

Oxumağa davam et
Reklam

Gündəm